SON XƏBƏRLƏR

ETTELAAT NOBEL MÜKAFATI LAUREATININ OFİSİNDƏ AXTARIŞ APARIB

2021.10.20, 07:36
ETTELAAT NOBEL MÜKAFATI LAUREATININ OFİSİNDƏ AXTARIŞ APARIB

Gunaz.tv
ETTELAAT NOBEL MÜKAFATI LAUREATININ OFİSİNDƏ AXTARIŞ APARIB ETTELAAT-ın 5 əməkdaşı dekabrın 29-da sülh üzrə Nobel mükafatı laureatı, hüquq müdafiəçisi Şirin İbadinin ofisinə gələrək bütün sənədləri, iki kompüter və bir neçə diski özləri ilə aparıblar. Ş.İbadinin ofisində axtarış onun başçılıq etdiyi Hüquq Müdafiəçiləri Birliyinin ofisinin bağlanmasından bir həftə sonraya təsadüf edir. «Media forum» saytının məlumatına görə, hadisə zamanı ofisdə olmuş vəkil Əbdülfəttah Sultani «Azadlıq» radiosunun fars redaksiyasına açıqlamasında ETTELAAT əməkdaşlarının özlərini vergi idarəsi məmurları kimi təqdim etdiyini bildirib: «Özlərini vergi idarəsinin məmurları kimi təqdim etsələr də, başqa məsələlərlə maraqlanırdılar. Bütün sənədləri, iki kompüteri və bir neçə diski özləri ilə apardılar. Aydın məsələdir ki, onların bu hərəkətinin vergi məsələsinə heç bir dəxli yoxdur». Ə.Sultani ETTELAAT əməkdaşlarının ofisdə bir neçə saat axtarış apardığını da vurğulayıb: «Hər şeyi alt-üst edərək axtarış apardılar. Onların bu işi qanunla heç də üst-üstə düşmür». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar