SON XƏBƏRLƏR

Azərbaycanda zərurət olsa, yeni telekanal açılacaq - Milli Televiziya və Radio Şurasının sədri

2021.10.20, 07:36
Azərbaycanda zərurət olsa, yeni telekanal açılacaq - Milli Televiziya və Radio Şurasının sədri

Gunaz.tv
Azərbaycanda zərurət olsa, yeni telekanal açılacaq - Milli Televiziya və Radio Şurasının sədri 03.01.09 15:15 Azərbaycan, Bakı, 03 yanvar / Trend News, müxbir N.Abdullayeva/ Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) bu il ərzində milli tezliklərdə yeni telekanalların açılması məsələsinə baxacaq,- şənbə günü TrendNews-a Şuranın sədri Nuşirəvan Məhərrəmli bildirib. “Azərbaycanda zərurət olsa, bu il yeni telekanal açılacaq”, - Məhərrəmli deyib. TrendNews - un arayışı: Hazırda ölkə ərazisində 21 telekanal fəaliyyət göstərir: 8 telekanal paytaxtdan respublika ərazisisi üzrə, 13 -ü müxtəlif rayonların ərazilərindən yayımlanır. Təkcə ötən il MTRŞ Xaçmaz və Şəkidə regional telekanalın faəliyyətinə lisenziya verib. Bundan əlavə, ümumrespublika yayımı üçün “İdman” kanalına lisenziya verilməsini gerçəkləşdirib. “İdman” kanalı yanvarın 1-dən efirə başlayıb. Məhərrəmli deyib ki, “İdman” telekanalının fəaliyyətinin yaxın vaxtlarda ilkin qiymətləndirilməsi aparılacaq. Nöqsanlar olduğu halda, onların aradan qaldırılması üçün tövsiyələr veriləcək. Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/* */

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar