SON XƏBƏRLƏR

2008-ci ildə 60 jurnalist öldürülüb

2021.10.20, 07:36
2008-ci ildə 60 jurnalist öldürülüb

Gunaz.tv
2008-ci ildə 60 jurnalist öldürülüb ÜMUMİLİKDƏ JURNALİSTİKA BARƏSİNDƏ OPTİMİST DANIŞMAQ MÜMKÜN DEYİL 2008-ci ildə bütün dünyada 60 jurnalist öldürülüb. Bu barədə "Sərhədsiz reportyorlar" təşkilatının hesabatında bildirilir. Qeyd edək ki, 2007-ci ildə bütün dünyada 87 jurnalist qətlə yetirilmişdi. "Sərhədsiz reportyorlar" bəyan edir ki, öldürülən jurnalistlərin sayının azalmasına baxmayaraq, ümumilikdə jurnalistika barəsində optimist danışmaq mümkün deyil. Çünki bir il ərzində söz azadlığı sahəsində bəzi ölkələrdə vəziyyət pisləşib. Jurnalistlər üçün ən təhlükəli ölkə əvvəlki kimi yenə də İraq sayılır. Bu ölkədə 15 jurnalist öldürülüb. Pakistanda 7, Filippində isə 6 jurnalist qətlə yetirilib. Həbslərin sayına görə Afrika ölkələri liderdirlər. İraq və Çin jurnalistlərin fəaliyyətinə mane olan əsas ölkələrdir. Pekin Yay Olimpiadası zamanı 30-dan çox jurnalisti həbs edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar