SON XƏBƏRLƏR

Heyf ki qayıdacam Azadlığı olmayanlar aptektdən onun əvəzedicisini ala bilər

2021.10.20, 07:36
Heyf ki qayıdacam Azadlığı olmayanlar aptektdən onun əvəzedicisini ala bilər

Gunaz.tv
Heyf ki qayıdacam Azadlığı olmayanlar aptektdən onun əvəzedicisini ala bilər İsmayıllıya gedirəm. Meşədə qalacam. Radiosuz, televizorsuz. Bulqakova, Qurban Səidə, Cek Londona, İrvinq Stouna qoşulub özümü "cındırından cin ürəkən" Bakının caynağından heç olmasa bir aylıq qurtaracam. Neyələyim ki, avqustun 1-dən prezident seçkilərinə rəsmən start verilir? Neyləyim ki, Jurnalist Seçki Ekspert Mərkəzinin rəhbəri kimi bu prosesi izləmək vəzifə borcumdur? Neyləyim ki, jurnalistləri həvəsləndirmək üçün redaksiyalara 5 min manatlıq yardım edilib? Götürün, hər şey sizin olsun. Dəqiq bilirəm ki, həmin 5 min manatdan mənə də nəsə çatacaq. İstəmirəm. O qəpik-quruşa lezvadan, corabdan, diş pastasından, əgər çatsa, küçələrdə satılan qrillərdən və təndir çörəyindən alıb, həbsxanadakı jurnalistlərə "peredaça" göndərərsiz. "Ksivo" yazmagı da unutmayın. Təxminən bu səpgidə: "Necə yatmısızsa, eləcə də yatın dustaqlar. Mən azadlıqda özümü hər şeydən məhrum edib, meşəyə üz tuturam. Meşə heyvanlar oylağıdır. Əgər bir insan ora meyillidirsə, sizlərin həbsxanadan çıxıb, onun yaşadığı cəmiyyətdə ömrünüzü sürdürməyə can atmağınızın adı "yatab arzusu"dur. Sizlər bir "zon"dan digərinə "yatab" olmaq istəyirsiz. Bunun adını isə "azadlıq" qoyursuz. Xeyr, "yatab" başalladıcı məkan yeniliyidir. İnsan hər zaman yeni məkan axtarmaqla azadlığı imitasiya edir. Əlbəttə, siz çölə çıxacaqsız, amma bir müddətdən sonra meşəyə getmək istəyəcəksiz. Ordan qayıdıb, yenə harasa gedəcəksiz. Bütün bu yerdəyişmələr azadlıq üçün olmayacaq. Siz heç vaxt azad olmayacaqsız. Biz heç vaxt azad olmayacağıq. Sizi və bizi bir məkandan o biri məkana gedəndə qarşılayanlar heç vax "azadlığınız mübarək olsun" deməyəcəklər". Bütün köhnələrə üz çevirmək hardasa azadlığı əvəz eləyir. Azadlığı olmayanlar aptektdən onun əvəzedicisini ala bilər. Mən meşəyə gedirəm. Bir ay İsa Qəmbəri görməyəcəm, Əli Əhmədovun səsini eşitməyəcəm, sıxıb yerə buraxanda canı çıxan qəzetləri oxumayacam, "15 yaşlı qız intihar etdi" xəbərini monitordan oxuyan qızın gözündəki gülüşə, çöhrəsindəki təbəssümə tamaşa eləməyəcəm, ağızlarını açanda dişlərinin quruluşundan "babayaqa"ları xatırladanların zırıltısına qulaq asmayacamgguya azadlığa çıxacam da dostum. Bilmirəm yeridi, ya yox, Şahvələd Çobanoğlunun köşəsindən kəsib saxladığım Nitşenin şerini sizin də oxumağınızı istərdim. Elə bir həyat yaşadım ki, Cənnəti də gördüm, cəhənnəmi də, Elə bir eşq yaşadım ki, Tutqunu da qördüm, məmnunluğu da. Bəziləri seyr edərkən həyatı ən öndən, Özümə bir səhnə tapıb mən də oynadım. Elə bir rol vermişdilər ki, Oxudum, oxudum, bir şey anlamadım, Öz-özümə danışdım bəzən yerimdə, Həm qızdım, həm də güldüm halıma, Sonra dedim ki , "yox, söz ver özünə!", Dənizləri sevirsənsə, dalğanı da sevəcəksən, Sevilmək istəyirsən, öncə sevəcəksən, Ucmağı sevirsənsə, düşməyi də biləcəksən, Qorxaraq yaşasan, həyatı yalnız seyr edərsən, Elə bir həyat yaşadım ki, Son yolculuğu erkən tanıdım, Anladığım bir şey var- Zaman o qədər dəyərliymiş ki, Heç tələsməm, heç ! Mənsə bu şeiri belə qurtarardım: "Zaman o qədər dəyərsizmiş ki, hey tələsirəm, hey". Ceyhun Musaoğlu [email protected]/* */ Oxunub: 195 Yazarın arxivi Birgünlük həmrəylik olmur (59) "Böyük Dayaq"Xeyriyyə İctimai Birliyinin dünya azərbaycanlılarına qeyri-ənənəvi müraciəti Bəxtəvər "İrəli"nin başına (106) "Dalğa"çılara: İran səfirliyinin qarşısında artistlik eləməkdənsə, "İrəli"nin meyidini sərdiyi problemləri basdırın Kor olsun görən gözlər (175) KAMAL ABDULLANIN "HEKAYƏLƏR"İNƏ HEKAYƏ Girəndə ayaqqabılarınızı çıxarın (168) Biz vətənə orda doğulduğumuz üçün yox, orda yaşadığımız üçün hörmət edirik İkinci olmaq istəyən birincilər (158) Adamı yandıran da budu Özlərini söndürənlər (142) Tüstülənən arzu (164) İTV-ni yaratmışıq, yaşatmalıyıq (127) Meşədə əbədi azmaq (119) Heyf ki qayıdacam (195) Azadlığı olmayanlar aptektdən onun əvəzedicisini ala bilər Niyə adam tıxacı yaradırsız? (176) Sezen Aksunun eşqinə Gözünüz üstümüzdə olsun, avropalılar (210) Avropa Şurası Azərbaycan ofisinin rəhbəri Veronika Kotek və danimarkalı həmkarımız Henrik Hansenə sevgilərlə Qatar Biləcəridə saxlamayacaq (206) Hara yaxınıq, hardan uzaq? (171) SÖHBƏTDİ DƏ, ELƏYİRİK Get saqqızını çeynə, oğlum (184) Allaha sığınmaq lazım deyil (134) SÖHBƏTDİ DƏ, ELƏYRİK Don Kixot olmaq arzusu (194) İradə Tuncay bu arzunu da mənə çox gördü Bomba klip (179) Dıqı-dıqı-dıqı-dıqı-dıqı, a- zad A-zər-bay-can... NKVD-yə görə utanmayan ADR-lə öyünə bilməz (146) NKVD-yə görə utanmayan ADR-lə öyünə bilməz Başqa Əkbər yox, Azadlıq Əkbər (199) Ceyhun Musaoğlunun təqdimatında Siz hələ də varsız?! (194) Boşluğun təntənəsi (199) Evinizə cinayətkarın soxulmasını istəmirsizsə, televizorunuzun ekranından dəmir barmaqlıq asın TOXAM DAA, YEMİRƏM! (318) Əsas odur ki, Bahar şəxsən gəlmişdir (364) Jurnalistlərin azadlığı Baharımıza qurban Qaça-qaça yaşayıram (183) Seyidlərin alqışı qarğışa, qarğışı alqışa oxşayır Evimdə cinayətkar böyüyür?! (209) Murdar qocalar (269) Başlamadan bitən kino?! (407) NƏSİLLƏRİN "ƏDALƏT"Lİ SAVAŞI Hakimiyyət yaltaqlığa "YOX!" dedi (456) Ancaq qəza namazı (372) ALQIŞ HƏSƏNOĞLUNA ALQIŞ (228) HƏMİN HAVADI (86) Bilmək olmaz komsomolun güllələnməsinə saz çalan aşıqın canı it canıdır, yoxsa komsomolun?! Kafka azərbaycanlı olub (62) CIRILMAQ QƏZETLƏRİN, SÖNDÜRÜLMƏK TELEVİZİYALARIN HAQQIDIR (58) Şərəf duymaq ehtiyacı (56) ÇÖLDƏ QALMIŞLARDANIQ (60) MƏN KÜÇƏ UŞAĞIYAM (64) At-a Ət yedirənlər (69) Lənətlənmiş dilək: Dövlətin azadlığı və xoşbəxtliyi naminə hamınızı kimsəsiz görmək istəyirəm Uç badam bir qoz (60) Bizə halaldı, haram? (66) Hələ də azadlıqda olan jurnalistlərin şərəfinə Qarabağ bizimdir, sizin olacaq (59) "Bir yalanı bir neçə dəfə danışanda o həqiqət olmur" Fales Azərbaycan barəsində yazmağa dəyərmi? (55) Ümumiyyətlə, yazmağa dəyərmi? Murdar ömrün hekayəti (62) "Dünyada olmaq hələ var olmaq deyil" Heýel Cəhənnəmin isti bucağı (58) Onların devizi: dönən yoxdu, bu ýön olmayacaq, sabah həmişə var! (51) BƏSDİRİN DƏ, ALƏ (65) Çıxın pəncərələrə, şaqqanaq çəkib, gülün

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar