SON XƏBƏRLƏR

İraqın Baş naziri sabah İrana səfər edəcək

2021.10.20, 07:36
İraqın Baş naziri sabah İrana səfər edəcək

Gunaz.tv
İraqın Baş naziri sabah İrana səfər edəcək 02.01.09 12:40 İraqın Tehrandakı səfiri bildirib ki, İraqın Baş naziri yanvarın üçündə İrana iki günlük rəsmi səfərə gələcək. Bu haqda İranın İRNA xəbər agentliyi məlumat verib. İraqın Tehrandakı səfiri Məhəmməd Məcid Əl - Şeyxin sözlərinə görə, səfər zamanı iki ölkənin birgə kommissiyalarının iclası başlanacaq. İran prezidentinin birinci müavini Pərviz Davudi və İraqın Baş naziri Nuri əl -Maliki komissiyaya rəhbərlik edəcəklər. Məcid əl - Şeyx bildirib ki, Nuri əl-Malikinin səfəri çərçivəsində, əsasən, ikitərəfli əlaqələrin yaxşılaşdırılması , xüsusilə də iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq. İraqın ticarət, enerji, nəqliyyat nazirləri və xarici işlər nazirinin müşaviri də bu səfərdə Baş naziri müşayiət edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar