SON XƏBƏRLƏR

ABDULLA GÜL «ERMƏNİLƏRDƏN ÜZR İSTƏYƏK» KAMPANİYASININ ERMƏNİSTANLA MÜZAKİRƏLƏRƏ MƏNFİ TƏSİR GÖSTƏRƏCƏYİNİ DEYİB

2021.10.20, 07:36
ABDULLA GÜL «ERMƏNİLƏRDƏN ÜZR İSTƏYƏK» KAMPANİYASININ ERMƏNİSTANLA MÜZAKİRƏLƏRƏ MƏNFİ TƏSİR GÖSTƏRƏCƏYİNİ DEYİB

Gunaz.tv
ABDULLA GÜL «ERMƏNİLƏRDƏN ÜZR İSTƏYƏK» KAMPANİYASININ ERMƏNİSTANLA MÜZAKİRƏLƏRƏ MƏNFİ TƏSİR GÖSTƏRƏCƏYİNİ DEYİB 2009-01-02 - 17:15:00 Türkiyə prezidenti Abdulla Gül jurnalistlərə müsahibəsində «ermənilərdən üzr istəyək» kampaniyasının Ermənistanla davam edən müzakirələrə mənfi təsir göstərəcəyini söyləyib. Abdulla Gül A.Gül deyib ki, futbol matçını izləmək üçün Ermənistana səfəri ABŞ-la Çin arasında münasibətlərin normallaşdırılması ilə müqayisə oluna bilər. Belə ki, Vaşinqtonla Pekin arasında əlaqələr də bir idman oyunundan sonra yaranan dialoq vasitəsilə normal məcraya dönmüşdü. Yerevana səfəri zamanı Türkiyə-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münasişəsinin həlli, Gürcüstanla bağlı məsələləri müzakirə etdiyini və mövcud olan problemlərin xoş niyyətlə həlli üçün siyasi iradə yarandığını təkrarlayan Türkiyə prezidenti əlavə edib ki, bölgədə təhlükəsizlik bərpa olunarsa, iqtisadi əməkdaşlığa və rifaha da qovuşmaq olar. Ermənistanla müzakirələrin hazırkı vəziyyətinə dair suala cavab verən Türkiyənin dövlət başçısı deyib: «Mühüm olan son nəticədir. Bu işlər bəzən səssiz, bəzən isə hamının gözü önündə aparılır. Amma deməliyəm ki, müzakirələr davam edir». AzərTAc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar