SON XƏBƏRLƏR

MİRZƏ XƏZƏR: «BİLİRLƏR Kİ, XARİC, QƏRB, ABŞ, AVROPA KƏSKİN ETİRAZ ETMƏYƏCƏK»

2021.10.20, 07:36
MİRZƏ XƏZƏR: «BİLİRLƏR Kİ, XARİC, QƏRB, ABŞ, AVROPA KƏSKİN ETİRAZ ETMƏYƏCƏK»

Gunaz.tv
MİRZƏ XƏZƏR: «BİLİRLƏR Kİ, XARİC, QƏRB, ABŞ, AVROPA KƏSKİN ETİRAZ ETMƏYƏCƏK» 2008-12-30 - 19:39:00 2003-cü ilə qədər «Azadlıq» radiosunun Azərbaycan redaksiyasına rəhbərlik etmiş jurnalist Mirzə Xəzər «Media forum» saytına açıqlamasında Milli Televiziya və Radio Şurasının 2008-ci il dekabrın 30-da xarici radiostansiyaların yayımı ilə bağlı çıxardığı qərara münasibət bildirib. M.Xəzər deyib ki, 1993-cü ildə Heydər Əliyev hökumətində dövlət katibi postu tutan Lalə Şövkətlə yaxın münasibətlərinə söykənərək radionun orta dalğada yayımına nail olub: «Həmin ilin sentyabrından radio orta dalğada yayımlandı, bu da onun dinləyicilərinin artmasına gətirdi. İndi isə söhbət FM dalğasından gedir. Radio bu dalğaya mən Azərbaycan redaksiyasının rəhbərliyindən gedəndən sonra keçib. Təzə hadisədir». Mirzə Xəzər Radionun milli tezlikdən çıxarılmasını şərh edən jurnalist tarixə ekskurs edib: «2003-ci ildə məni işdən çıxaranda əsas onu irad tuturdular ki, Azərbaycandakı hadisələrə çox tənqidi yanaşıram, korrupsiyadan çox danışıram. Məni işdən çıxarandan sonra orta dalğanı təhvil verib FM-ə keçdilər. Adını da qoydular böyük nailiyyət. İndi də bu nailiyyətin sonu gəldi». 1998-ci il prezident seçkisi ərəfəsində «Azadlıq»ın orta dalğada yayımının dayandırıldığını xatırladan M.Xəzər o zaman 3-4 həftə mübarizə apardıqlarını və orta dalğanın bərpasına nail olduqlarını vurğulayıb: «İndi dövran başqa dövrandır». Jurnalistin fikrincə, hakimiyyətin radiolarla bağlı qərarında bir məntiq də var: «Hökumətin arqumenti dövlətin suveren hüquqları çərçivəsinə daxildir. Təsəvvür edin ki, Azərbaycanın milli radiosu ABŞ-da FM dalğası alıb ingilis dilində təbliğat aparır. Buna Amerikada icazə verilməz, ona görə Azərbaycanda da icazə verilməz. ABŞ da müstəqil, suveren dövlətdir, Azərbaycan da. Bu yöndən yanaşanda Azərbaycan hakimiyyətinin addımı o qədər də qeyri-adi görünmür. Bircə o qalır ki, nə üçün məhz indi bu addımı atdılar». «Sizcə, nə üçün» sualını M.Xəzər belə cavablandırıb: «Ola bilər, ABŞ-da prezident dəyişdiyinə, hamının başı bu prosesə qarışdığına görə, ola da bilər, Azərbaycan hakimiyyəti müstəqil olduğunu qabartmaq istəyir». Bu qərarın Azərbaycan dövlətinin imicinə nə cür təsir edəcəyinə gəlincə, M.Xəzər vurğulayıb ki, hökumət bu məsələni bir günün içində həll etməyib: «Hər şeyi götür-qoy ediblər, bilirlər ki, xaric, Qərb, ABŞ, Avropa kəskin etiraz etməyəcək, bəyanatlardan o tərəfə getməyəcək. Yoxsa bu addımı atmazdılar». M.Xəzərin dəyərləndirməsinə görə, Azərbaycan hakimiyyəti xarici radioları bağlamayıb: «Həmin radioların yayım üçün başqa imkanları var. «Azadlıq» radiosu populyarlığın ən pik nöqtəsinə qısa dalğada, verilişlər xırıltıyla yayılanda çatmışdı. Fəaliyyət və təsir dairəsini gücləndirmək üçün çox vasitə var. Bu imkanlardan istifadə edib öz verilişlərini yaya bilərlər». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar