SON XƏBƏRLƏR

RÜSTƏM İBRAHİMBƏYOV: «MEHRİBAN XANIM KİMİ NAMİZƏD OLA-OLA KONSTİTUSİYANI DƏYİŞDİRMƏYƏ EHTİYAC YOX İDİ»

2021.10.20, 07:36
RÜSTƏM İBRAHİMBƏYOV: «MEHRİBAN XANIM KİMİ NAMİZƏD OLA-OLA KONSTİTUSİYANI DƏYİŞDİRMƏYƏ EHTİYAC YOX İDİ»

Gunaz.tv
RÜSTƏM İBRAHİMBƏYOV: «MEHRİBAN XANIM KİMİ NAMİZƏD OLA-OLA KONSTİTUSİYANI DƏYİŞDİRMƏYƏ EHTİYAC YOX İDİ» 2009-01-01 - 17:40:00 Ötən həftə jurnalistlərə açıqlamasında eyni şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsinə məhdudiyyətin ləğvini nəzərdə tutan konstitusiya dəyişikliyi əleyhinə olduğunu söyləmiş Azərbaycan Kinematoqrafçılar Birliyinin sədri Rüstəm İbrahimbəyov «Azadlıq» qəzetinin dünənki sayına müsahibədə yenə bu məsələyə toxunub: «İndiki, Heydər Əliyevin iştirakı ilə hazırlanmış konstitusiya beynəlxalq normalara uyğundur. Dəyişiklik nəyə lazımdır? Rusiyada da belə problem var idi. Putin həllini tapdı. Öz yaxın adamının prezident seçilməsinə imkan yaratdı. Özü də oldu baş nazir». R.İbrahimbəyov ölkənin birinci xanımı Mehiriban Əliyevanı prezident postuna layiq bildiyini söyləyib: «Real fikirləşəndə mən ancaq Mehriban Əliyevanı prezident kimi görürəm. Dünyada tanınmış adamdır, hörməti böyükdür. Dünya praktikasında da belə şeylər olub. Amerikada da Bill Klintonun həyat yoldaşı Hillari Klinton prezidentliyə namizəd idi. İndi dövlət katibi oldu. Pakistanda, Argentinada belə hal olub. Deyirlər ki, siyasət mümkün şeylərin incəsənətidir. Real fikirləşməliyik. Real baxanda Mehriban xanım kimi namizəd ola-ola konstitusiyanı dəyişdirməyə ehtiyac yox idi. Siz istəyirsiniz ki, istiqamət, həyata keçirdiyiniz xətt qalsın. Konstitusiyada dəyişiklik edəndə isə elə fikirlər yaranır ki, monarxiyaya doğru addım atılır. Başqa ölkələr də narazılıq edir». «Sizcə, cəmiyyət konstitusiya dəyişikliklərinə etiraz etməlidir» sualını Azərbaycan Kinematoqrafçılar Birliyinin sədri belə cavablayıb: «Mənə elə gəlir ki, cəmiyyət konstitusiya dəyişikliklərini normal qəbul edəcək. Çünki son seçkilər göstərdi ki, əhalinin böyük hissəsi prezidentdən razıdır». R.İbrahimbəyov Rusiyanın «Pravda» qəzetinə müsahibəsindən sonra ona edilən təzyiqlərdən də söz açıb: «Hələlik deyə bilmərəm ki, hökumət mənə təzyiq edib. Bir neçə yüksək səviyyəli adam təzyiq edir. Onlarla da mənim münasibətim sovet vaxtından yaxşı olmayıb. Baxarıq. Bu yaxınlarda hər şey məlum olacaq. Çünki sərbəst, heç kəsdən asılı olmayan adamam. Sovet vaxtı da həmin adamlar mənə təzyiq edirdilər. O vaxt da fikirlərimi açıq deyirdim». «Sizi ölkənin bir çox adamları müdafiə etdi. Hesab etmək olarmı məhz bu bəzi şəxsləri Sizə qarşı hücuma keçməkdən çəkindirdi» sualını cavablayan R.İbrahimbəyov deyib: «Təkcə Azərbaycanda 284 nəfər tanınmış şəxs müraciət imzaladı və mənim müdafiəmə qalxdı. Bundan başqa digər ölkələrdən müraciətlər gəlirdi. Bir çoxları məni müdafiə edirdi. Ola bilsin, məhz bu kimlərisə çəkindirdi. Ancaq o da ola bilər ki, əksinə, mənə qarşı nəsə hazırlanır». «Media forum» xatırladır ki, «Pravda»dakı müsahibəsində R.İbrahimbəyov 2 milyon gəlmə adamın, yüksək səviyyədə korrupsiyanın, yerlibazlığın və digər halların Bakını tənəzzülə uğratdığını deyib. Bundan sonra deputatlar Yaqub Mahmudov, Asəf Hacıyev, Bəxtiyar Əliyev, Fəzail İbrahimli, Nizami Cəfərov R.İbrahimbəyovun müsahibəsində gedən fikirlərdən narahatlıqlarını çatdırıblar və Kinematoqrafçılar İttifaqı sədrinin Azərbaycan xalqından üzr istəməsini tələb ediblər. Noyabrın ortalarında R.İbrahimbəyovu müdafiə məqsədilə 300 nəfərə yaxın şəxsin (onların arasında tanınmış ziyalılar da var) imzası ilə Milli Məclisə müraciət də göndərilib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar