SON XƏBƏRLƏR

20 il öncə itkin düşmüş Kəlbəcər sakini evinə döndü -

2021.10.20, 07:36
20 il öncə itkin düşmüş Kəlbəcər sakini evinə döndü -

Gunaz.tv
20 il öncə itkin düşmüş Kəlbəcər sakini evinə döndü - FOTOLENT 22:18 01-01-2009 foto lent < 1 / 3 > O, yaxınlarının erməni işğalı zamanı həlak olduğunu zənn edirmiş Kəlbəcərdən məcburi köçkün düşmüş Orucovlar ailəsinin bayram sevincinə daha bir sevinc qarışıb. Son dəfə 1988-ci ilin yazında üzünü gördükləri və o zamandan haqqında heç bir xəbər tuta bilmədikləri əzizləri Tağı Orucov 20 ildən sonra qəflətən evlərinə dönüb. Lent.az-ın əməkdaşı bu sevincli gündə Orucovların qonağı olub. Orucovlar Kəlbəcər rayonunun Geşdək kəndindən olan məcburi köçkünlərdir. Onların bir qismi Goranboy, bir qismi Göygöl rayonlarında, ailənin ağsaqqalı Mahmud Orucov isə həyat yoldaşı Zeynəb və kiçik oğlu Zakirin ailəsi ilə Gəncə şəhərində məskunlaşıb. 54 yaşlı Tağı ailənin ikinci övladıdır. O, 1976-cı ildə hərbi xidmətdən döndükdən cəmi bir il sonra yenidən Rusiyaya – hərbi xidmətdə olduğu İrkutsk şəhərinə dönüb. İki il orada yaşadıqdan sonra Moskvaya köçüb. 1983-cü ildə Nadejda adlı moskvalı rus qızı ilə ailə qurub. 1984-cü ildə qızları Elmira dünyaya gəlib. O, ailənin yeganə övladıdır. Tağı 1987-ci ildə həyat yoldaşı Nadya və 3 yaşlı qızı Elmira ilə birlikdə Kəlbəcərə - doğma kəndi Geşdəyə dönüb. Amma burada çox qala bilməyiblər. Cəmi 9 aydan sonra yenidən Moskvaya qayıdıblar. O zaman heç kimin ağlına gəlməzdi ki, bu gediş düz 20 il çəkəcək. Tağı öz kiçik ailəsiylə Moskvanı da tərk etməli olub. Nəhayət, onlar daimi yaşayış yeri olaraq Qırğızıstanın Cəlilabad şəhərini seçiblər. Cəlilabad Qırğızıstanın Oş vilayətində rayon mərkəzidir. Oraya köçdükdən sonra Tağının valideynləri ilə əlaqəsi tamam kəsilib. Onun Kəlbəcərdəki ünvanlara yazdığı məktublara cavab gəlməyib. Keçmiş SSRİ poçtamtının yararsızlaşdığı o illərin ardınca Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı Tağının son ümidlərini qırıb. Tağı özü Lent.az-ın əməkdaşı ilə söhbətində məsələnin belə çətinləşməsini maddi durumu ilə izah edir: “O zaman yaşayış yerimi tez-tez dəyişməyim maddi çətinliklərlə bağlı idi. Cəlilabada ilk köçdüyüm illərdə bu problemi hələ həll edə bilməmişdim. Məktublarıma cavab ala bilməsəm də, bir az özümü düzəldib evə baş çəkəcəyimi planlaşdırırdım. Sonra isə bu lənətə gəlmiş erməni işğalı başladı...” Valideynləri və qohumları ilə itmiş əlaqəsini bərpa etmək üçün dəfələrlə cəhd etsə də onların köçkünlükdən sonrakı ünvanlarını tapa bilməyib. O, yaxınlarının erməni təcavüzündən yaxa qurtara bilmədiyini düşünürmüş: “Ağlıma hər cür fikir gəlirdi. Amma ümidlərimi tam itirməmişdim. Fikirləşirdim ki, bizim nəsil çox böyükdür, nə qədər olmasa, bir salamat qalanını tapa bilərəm”. Nəhayət, onun Azərbaycandakı rəsmi ünvanlara göndərdiyi müraciətlərə cavab olaraq “Qaçqınkom”un ünvanını veriblər. Oraya ünvanladığı müraciət onun itmiş ümidlərinə yeni həyat bəxş edib. Tağıya valideynlərinin Gəncədəki ünvanını veriblər. Ondan əlini çoxdan üzmüş valideynləri övladlarının onları aradığını eşidəndə qulaqlarına inanmayıblar. Amma onlar artıq bu bayram günlərində 20 il ayrılıqdan sonra yenidən baş-başadırlar. Tağı 24 yaşlı qızı Elmirayla birlikdə Gəncədədir. Mahmud babayla Zeynəb nənənin sevincini təsvir etmək çox çətindir. Bütün yaxınları Tağıyla görüşmək və onun valideynlərinə gözaydınlığı vermək üçün onların başına toplaşıblar. Ailənin sevincinə bütün Azərbaycanı şərik etmək üçün aşıqların dövran etdiyi bu çal-çağırlı məclisə Lent.az-ın əməkdaşı da qatılıb. Tağı bu 20 ildə dilimizi və adət-ənənələrimizi zərrə qədər də unutmayıb. Aşıqlardan birinin Qəmkeş Allahverdidən oxumağa başladığı qoşmanın ardını əzbərdən deməsi və qızı Elmiranın təmiz azərbaycanca danışması da bunun əyanı sübutları idi. Cəmşid Bəxtiyar LENT.AZ Xəbərin oxunma sayı: 35

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar