SON XƏBƏRLƏR

Almaniyan paytaxtı Berlin də yeni ilə görkəmli bir şəkildə daxil olub. Berlinin simvolu olan Brandenburq Qapısı, 10 minlərlə almanı qarşılayıb...

2021.10.20, 07:36
Almaniyan paytaxtı Berlin də yeni ilə görkəmli bir şəkildə daxil olub. Berlinin simvolu olan Brandenburq Qapısı, 10 minlərlə almanı qarşılayıb...

Gunaz.tv
Dünyada yeni il coşqusu 2008-ci ili iqtisadi böhranla keçirən dünya, 2009-cu ilə ümidlə daxil oldu QayNar: Yeni ilin gəlişi Uzaq Şərqdən başlayaraq bütün dünyaya yayılna böyük bir coşqu ilə qeyd edilib. Milyardlarla insan 2009-cu ili çılğın şəkildə əylənərək qarşılayıb. "Qaynar.info"-nun verdiyi xəbərə görə, 2009-cu il dünyanın dörd bir tərəfində bir-birindən möhtəşəm qutlamalarla qarşılanıb. Saat fərqi səbəbindən hər zamankı kimi yeni ili ilk qarşılayan ölkə Avstraliya olub. Ünlü Opera Binası ətrafında toplanan milyonlarla insan, 15 dəqiqə davam edən atəşfəşanlıq və lazer göstərilərini izləyib. Digər yandan Fələstində yaşanan qətliam, yeni ildə də bütün dünyada etiraz dalğası yaradıb. 2009-cu ilə daxil olanlar, "müharibəsiz və yaşanacaq bir dünya" arzularını dilə gətirib. Sidney Dünyanın ən möhtəşəm və ən gözəl yeni il coşqusu hər zaman olduğu kimi "Harbour Bridge"də gerçəkləşib. Sidneydəki yeni il qutlamaları çərçivəsindəki 15 dəqiqəlik atəşfəşanlıq göstərilərinə tamaşa etmək üçün şəhərə 1,5 milyon insan gedib. London İngiltərənin paytaxtı Londonda hər il olduğu kimi bu il də 100 minlərlə insan Temza çayı ətrafında toplanaraq atəşfəşanlığın müşayiəti ilə yeni ili qarşılayıb. Berlin Almaniyan paytaxtı Berlin də yeni ilə görkəmli bir şəkildə daxil olub. Berlinin simvolu olan Brandenburq Qapısı, 10 minlərlə almanı qarşılayıb... Moskva Rusiyanın paytaxtı Moskvadakı şənliklər hər zaman olduğu kimi Qırmızı Meydanda keçirilib. Paris Sevgililər şəhəri Paris, bu ilki şənliklərdə də ənənəsini pozmayıb. Eyfel qülləsinin ətrafındakı atəşfəşanlığın şahidi olmağa dəyərdi. //Rəşad Səfərov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar