SON XƏBƏRLƏR

Qətliama davam!

2021.10.20, 07:36
Qətliama davam!

Gunaz.tv
Qətliama davam! ABŞ, Fransa, Almaniya, İtaliya, Yaponiya kimi 40 ölkə, "Qəzzadakı qanlı hücumları dayandırın" çağırışı edib İsrail isə dinc vətəndaşları qırmağa davam edir... QayNar: Fələstinin Qəzza bölgəsində 5 gündür dayanmadan bombalar yağır. "Qaynar.info"-nun verdiyi xəbərə görə, ölənlərin sayı 400-ü keçib, yaralananların sayı isə 2 minə yaxınlaşıb. Başda Türkiyə olmaqla ABŞ, İtaliya, Fransa, Almaniya, Hindistan və Yaponiya kimi 40 ölkə İsrailə "Hücumları dayandırın" çağırışı edib. Ancaq İsrailin baş naziri Əhud Olmert, dolayısı ilə, bu çağırışların onların tükünü də tərpətmədiyini bildirib: "Biz müharibədəyik. Əlbəttə dinc insanlar da öləcək. Atəşkəs elan etmək kimi bir fikrimiz yoxdur". Bu arada, Qəzzada həyatını dəyişlənlərdən 200-nün uşaq və qadın olduğu açıqlanıb. İsrailin "Hədəfimiz Həmasdır" açıqlamalarının da həqiqətə uyğun olmadığı ortaya çıxıb. Bölgəyə getməyə hazırlaşan Fransa Xarici İşlər naziri Bernard Kuçner qətliamla bağlı olaraq, "humanitar yardımların Qəzzaya çatdırılması üçün 48 saatlıq atəşkəs elan edilsin. İsrailin bu davranışı, dünya barışını yenə sarsıtdı. Qan tökərək məqsədlərə çatmaq olmaz. Bunu İsrail anlamalıdır" ifadələrinə yer verib. //Rəşad Səfərov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar