SON XƏBƏRLƏR

Yanvarın 1-dən BBC-ni necə dinləmək olar?

2021.10.20, 07:36
Yanvarın 1-dən BBC-ni necə dinləmək olar?

Gunaz.tv
Yanvarın 1-dən BBC-ni necə dinləmək olar? Xəbər verdiyimiz kimi, yanvarın 1-dən, Bakı və onun ətrafında yaşayan dinləyicilərimiz BBC Azərbaycan, BBC English, BBC Rus və BBC Türk xidmətlərinin proqramlarını FM keyfiyyətində dinləmək imkanından məhrum olunublar. Buna səbəb Azərbaycan Milli Televiziya və Radio Şurasının dekabrın 30-da qəbul etdiyi qərardır. Həmin qərara əsasən, BBC, "Amerikanın Səsi" və "Azadlıq" radiostansiyalarının Azərbaycanın milli tezliklərində yayımları dayandırılır. Lakin bu heç də həmin radiolardan proqramların da kəsilməsi demək deyil. BBC Azərbaycan Xidmətinin verilişlərini 6 055, 7 215 və 9 750 kiloherts və ya 49, 41 və 31 metr qısa dalğalarda dinləmək olar. Proqramların vaxtına hələ ki, heç bir düzəliş edilməyəcək. BBC Azərbaycan xidmətinin səhər proqramı hər gün Bakı vaxtı ilə saat 7 və 8-də yayımlanacaq. Axşam proqramı isə hər axşam saat 20.00 və 21.00-da qulaq asa bilərsiniz. BBC-nin proqramlarını eləcə də radionun İnternet səhifəsindən izləmək olar: http://www.bbc.co.uk/azeri/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar