SON XƏBƏRLƏR

Ziya Məmmədov Tarkanı Bakıya niyə gətirdib

2021.10.20, 07:36
Ziya Məmmədov Tarkanı Bakıya niyə gətirdib

Gunaz.tv
Ziya Məmmədov Tarkanı Bakıya niyə gətirdib 31.12.2008, 02:55 Türkiyəli meqastar əslində nəqliyyat nazirinə məxsus «Bank of Azerbaijan»ın 15 illiyinə dəvət olunub Bu gün Türkiyənin meqastarı Tarkanın Bakıda konserti olacaq. Amma məşhur müğənninin Bakı səfəri heç də kosertlə bağlı deyil. Əldə etdiymiz məlumatlara görə, Tarkanın Bakıya gəlişinin özəl səbəbləri var. Məlumatlı mənbə bildirib ki, Türkiyəli müğənni Bakıya əslində nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun dəvəti əsasında gəlib. Təbii ki, Anar Məmmədov atasından xeyir- dua alandan sonra bu addımı atıb. Səbəb isə nəqliyyat naziri Ziya Məmmədova məxsus “Bank of Azerbaijan”ın 15 illiyidir. Dünən bu münasibətlə Ziya Məmmədovla onun sağ əli sayılan Cavid Qurbanovun şərikli restoranı olan “Fidan”da ziyafət təşkil olunub. Tarkan da həmin ziyafətdə qonaqları feyziyab edib. Mənbə deyir ki, əslində konsert bəhanədir. Sadəcə Tarkanın Bakıya gəlişinin əsl səbəbini pərdələmək üçün konsert ideyası da ortaya atılıb. Yeri gəlmişkən, deyək ki, Tarkanın konsert proqramının sponsoru yenə də Ziya Məmmədova məxsus olan “Qarant Sığorta” və “Bank of Azerbaijan”dır. Informasiya şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar