SON XƏBƏRLƏR

«Azərbaycanda korrupsiyanın inkişafı üçün real şərait var»

2021.10.20, 07:36
«Azərbaycanda korrupsiyanın inkişafı üçün real şərait var»

Gunaz.tv
«Azərbaycanda korrupsiyanın inkişafı üçün real şərait var» 31.12.2008, 03:19 «Azərbaycanda korrupsiyanın inkişafı üçün real şərait var» Nemət Əliyev: «Idxal olunan avtomobilin ümumi dəyəri ilə onların birinin dəyəri arasında böyük fərq gömrükdəki korrupsiya ilə bağlıdır» Azərbaycanda korrupsiyanın ciddi problem olduğu bəzən hökumətin açıqladığı rəsmi rəqəmlərdən açıqca görünür. Məsələn, Dövlət Gömrük Komitəsindən verilən məlumat bir sıra suallar doğurmamış deyil. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 596 748,8 min ABŞ dolları dəyərində 81 245 minik avtomobili gətirilib. Ölkəyə gətirilən minik avtomobillərinin sayı 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 40%, 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə isə 43% artıb. Maraqlı məqam ondan ibarətdir ki, Gömrük Komitəsinin verdiyi məlumatdan belə çıxır ki, ölkəyə gətirilən hər bir avtomobilin dəyəri təxminən 7000 dollar olub. Halbuki məlumdur ki, ölkəyə ötən yanvardan bəri gətirilən ən ucuz avtomobillərin dəyəri 7000 dollardır. Belə olan halda ortada yaranan fərqin nədən irəli gəldiyi izah olunmalıdır. Dövlət Gömrük Komitəsində ciddi maxinasiyaların olmasının Azərbaycanda hər kəsə bəlli olduğunu deyən iqtisadçı Nemət Əliyev bildirdi ki, gömrükdə qeydiyyatdan keçən malların dəyərləri süni şəkildə aşağı salınır. Burada isə məqsəd bəllidir. N.Əliyevin sözlərinə görə, bu zaman sənəddə göstərilən rəqəmlə real rəqəm arasında yaranan iri maliyyə fərqi isə şəxsi ciblərə axır: “Başqa ölkələrin statistik göstəriciləri ilə aparılan müqayisələr də göstərir ki, Azərbaycan gömrüyündə korrupsiya halları daxili bazarda qiymətlərin daha yüksək olmasına səbəb olur. Bu istiqamətdə ölkəyə idxal olunan avtomobilin ümumi dəyəri ilə onların birinin dəyəri arasında kəskin fərqin olması onu göstərir ki, ölkədə korrupsiyanın inkişafı üçün real şərait var”. Azərbaycanda korrupsiyanın milli maraqlara təhlükə törədəcək səviyyəyə çatdığını deyən N.Əliyev bildirdi ki, bu məqam korrupsiyaya qarşı real mübarizəni vacib edir. Hikmət

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar