SON XƏBƏRLƏR

Azərbaycan Milli Azadlıq Təşkilatının MÜRACİƏTİ

2021.10.20, 07:36
Azərbaycan Milli Azadlıq Təşkilatının MÜRACİƏTİ

Gunaz.tv
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Azərbaycan Milli Azadlıq Təşkilatının MÜRACİƏTİ Dəyərli soydaşlar! Sizi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik edir, milli həmrəyliyimizdən başlayıb milli birliyimizə gedən müqəddəs mübarizə yolumuzda uğurlar diləyirik. 1989-cu ildən bəri dünya azərbaycalılarının həmrəylik günü kimi qeyd etdiyimiz 31 Dekabr Azərbaycan xalqının parçalandığı gündən bəri qurtuluş və bütövlük uğrunda apardığı mübarizə tarixində ciddi bir dönüş nöqtəsidir. 31 Dekabr 1989-cu ilde güneyli-quzeyli Azərbaycan xalqının birge irade ortaya qoyaraq dosta da, düşmənə də açıqca göstərdi ki, nə tikanlı məftil, nə zaman aşımı, nə də hər hansı bir ideoloji əngəllə bu millətin bölünməz bütünlüyünə xələl gətirmək mümkün deyildir. Bununla yanaşı, mübarizəmizin nəhai hədəfi olan milli birliyimizin gerçəkləşməsi önündə hələ aşacağımız əngəllər, hələ ortadan qaldıracağımız tikanlı məftillər də az deyildir. Vətənimizin güneyinin qurtuluşu, Qarabağımızın azadlığı və s. kimi ümummilli problemlərimizin həlli üçün milli həmrəyliyimizin daha da gücləndirilməsi, həmrəyliyimizə qarşı bədxahlarımız və onların əlaltıları tərəfindən yaradılan süni əngəllərin ortadan qaldırılması olmazsa-olmaz şərtdir. Milli hərəkatımızın dəyərli fəalları, sayqıdəyər Azərbaycan təşkilatlarının hörmətli mənsubları! Bu bayram günündə Sizə müraciət edir, birgə iradə nümayiş etdirərək həmrəyliyimizin önündə duran əngəlləri ortadan qaldırmağa, güc birliyi ilə fars şovinizminə qarşı mübarizəmizdə yeni səhifələr açmağa çağırırıq. Azərbaycan Milli Azadlıq Təşkilatı (AMAT) olaraq, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını 31 Dekabr Həmrəylik günü münasibəti ilə bir daha təbrik edir, yeni ilin millətimizə uğurlar və başarılarla dolu bir il olmasını diləyirik. Azərbaycan Milli Azadlıq Təşkilatı (AMAT) 30 dekabr 2008

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar