SON XƏBƏRLƏR

Tələbələr İran hakimiyyətini insan haqlarına sayğılı olmağa çağırır

2021.10.20, 07:36
Tələbələr İran hakimiyyətini insan haqlarına sayğılı olmağa çağırır

Gunaz.tv
31 -12 -2008 . Tələbələr İran hakimiyyətini insan haqlarına sayğılı olmağa çağırır İran universitetlərində təhsil alan 261 azərbaycanlı tələbə birgə bəyanatı yayıb. “Media forum” saytının məlumatına görə, bəyanatda milli kimlik uğrunda dinc mübarizə aparan yazarlara, ziyalılara qarşı təzyiqlərə etiraz bildirilib. Azərbaycanlı fəallara qarşı həbs, işgəncə, sürgün və başqa cəzaların dayandırılmasını tələb edən tələbələr bəyanatda hökumətdən Azərbaycanlıların ana dilində təhsil almaq hüququna riayət olunmasını istəyiblər. Bəyanatda “Azərbaycanlıların mədəni və vətəndaş hüquqları uğrunda dinc fəaliyyət göstərdikləri üçün həbs edilən fəalların dərhal azadlığa buraxılmasını, onların öz ana dillərində təhsil almasına şərait yaradılmasını və Azərbaycana qarşı tətbiq olunan istənilən mədəni, siyasi və iqtisadi ayrı-seçkiliyə son qoyulmasını tələb etdiukləri” vurğulanmaqdadır. Tələbələr həmçinin İİR konstitutsiyasında göstərilən ana dili, insan haqları və fikir azadlığını əks etdirən müvafiq maddələrə işarə edərək milli və irqi ayrı seçkiliyə son qoymağı tələb ediblər. İran da yaşayan Azərbaycan Türklərinin sayı rəsmi məlumatlarda Azərbaycanlılar yaşayan vilayətlərin nüfusuna əsasən 18 milyon olaraq göstərilsə də, yerli Azərbaycanlı ziyalı və elm adamlarınımn tədqiqatları və hesablamalarına görə, bütün İran ərazisində 30 milyondan çox Azərbaycanlı yaşayır. Ancaq İrandakı rejim ölkə əhalisinin 50 faizini təşkil edən (Xatırladaq ki, İran rejiminin işkəncə ilə öldürdüyü yenicə ortaya çıxan məşhur Cənubi Azərbaycan alimi Prof. Dr. Məhəmməd Tağı Zehtabinin tədqiqatlarında bu rəqəm 52 faizdir.) və ölkə konstitutsiyasına görə qanunən bu hakka malik bir xalqın öz ana dilində yazıb oxumaq, milli mədəniyyətini və kültürünü inkişaf etdirməsinə və bir xalq kimi özünü təqdim etməsinə imkan vermir. Son zamanlarda öz hüquqları uğrunda mübarizə aparan bir sıra ziyalilar və tələbələr ciddi təqiblərə məruz qalaraq onlardan bir çoxu həbs olunub və işgəncələrə məruz qalıb. Bunun nəticəsində keçən 10 il ərzində rejimin təzyiqinə dözə bilməyən on minlərlə insan xarici ölkələrdə qaçqın kimi yaşamaqdadır. Onlar əsasən Azərbaycan Respublikası, Türkiyə, Avropa və Amerikada yaşayır və mübarizənin xarici qanadını təşkil edir. Daxildə öz hüquqları uğrunda mübarizə aparan onlarla insan isə bu yolda öz həyatını itirib. Iran hamiyiyyəti ildən ilə güclənən bu mübarizəyə mane olmaq üçün səylərini gücləndirməkdə və metodlarını sərtləşdirməkdədir. Bu çərçivədə rəsmi Tehran keçən ilə xalqın mübarizəsinin simvoluna çevirən və hər il yüz minlərlə insanın qatıldığı “Babək qalasına yürüş” tədbirini müxtəlif vasitələrlə əngəlləyə bildi. Xatirladaq ki, iki il əvvəl May ayında Azərbaycan Türkləri İran qəzetinin təhqiramiz karikaturasına etiraz olarəq kütləvi etirazlara başlamışdı. Minlərlə Azərbaycanlının iştirak etdiyi etiraz aksiyaları isə rejimin xüsusi təyinatlı hərbi dəstələrinin aldığı sərt tədbirlərlə yatırılmışdı. Xüsusi hərbi hissələr Təbrizdə, Sulduzda, Urmuyə və digər şəhərlərdə dinc aksiya keçirən insanlara atəş açaraq 40 nəfərdən artıq insanın ölməsunə səbəb oldular. Ancaq alınan sərt tədbirlərə baxmayaraq Güney Azərbaycan milli hərəkatın getdikcə güclənən bir reallıq olduğu daha güclü şəkildə görülməkdədədir. Güclənən mübazirə ve genişləyən şəbəkələşmə milli düşüncənin bütün Azərbaycanlıların ana xəttinə çevrilməsinə xidmət etməkdədir. İran rəsmiləri tarixdə heç bir totalitar rejimin bütöv bir halkın hak mübarizəsinə mane olabilmədiğini unutmamalı və xalqın haklı tələblərini vaxt keçmədən yerinə yetirmə yolunu seçməlidirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar