SON XƏBƏRLƏR

ERMƏNİSTAN ÇİNDƏN SİLAH ALMAQ ÜÇÜN DANIŞIQLAR APARIR

2021.10.20, 07:36
ERMƏNİSTAN ÇİNDƏN SİLAH ALMAQ ÜÇÜN DANIŞIQLAR APARIR

Gunaz.tv
ERMƏNİSTAN ÇİNDƏN SİLAH ALMAQ ÜÇÜN DANIŞIQLAR APARIR Müdafiə naziri Seyran Ohanyan Pekində səfərdə olub Ermənistanın müdafiə naziri Seyran Ohanyan Çində səfərdə olub. “Regnum” agentliyinin xəbərinə görə, Ohanyan ikigünlük səfəri çərçivəsində Pekində Çinin müdafiə naziri Lianq Quanqli ilə görüşüb. Çinin “Sinxua” agentliyinin xəbərinə görə, görüş zamanı iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Ermənistan və Çin müdafiə nazirləri ikitərəfli əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildiriblər. Çin hərbi naziri Ermənistana ordu quruculuğu sahəsində kömək etməyə hazır olduqlarını da bildirib. Çinin yüksək hərbi komitəsinin sədr müavini Qyuo Boksenqlə danışıqlar zamanı isə Ohanyan Çinin Ermənistan silahlı qüvvələrinə göstərdiyi yardımları yüksək qiymətləndirib. Qeyd olunur ki, Ermənistan Çindən silah və hərbi texnika almağa maraq göstərir. Bu ölkənin silahlı qüvvələri əsasən sovet silahı və texnikası ilə təchiz olunub. Ermənistan nisbətən ucuz qiymətə Çindən texnika almağa maraq göstərir. Bundan əvvəl Çinin Ermənistana raket kompleksləri satmaq planları haqda xəbərlər var idi. Siyasət şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar