SON XƏBƏRLƏR

RUSİYA BU GÜNDƏN UKRAYNANIN QAZINI KƏSƏCƏK

2021.10.20, 07:36
RUSİYA BU GÜNDƏN UKRAYNANIN QAZINI KƏSƏCƏK

Gunaz.tv
RUSİYA BU GÜNDƏN UKRAYNANIN QAZINI KƏSƏCƏK “Qazprom” 2 milyard dollar borca görə yeni müqavilə imzalamaqdan imtina edib Bu gündən Rusiya ilə Ukrayna arasında Avropanın bəzi ölkələrini də əhatə edəcək yeni qaz böhranı başlaya bilər. Rusiyanın qaz nəhəngi “Qazprom” şirkəti yanvarın 1-dən Ukraynaya qaz təchizatlarını dayandıracağı ilə hədələyib. Şirkət bildirib ki, Ukrayna dekabrın 31-nə qədər Rusiyaya borcları məsələsini həll etməsə, qaz təchizatları kəsiləcəkdir. Özünün televiziya ilə şərhində “Qazprom”un direktoru Aleksey Miller deyib ki, Kiyev Rusiyaya iki milyard dollar məbləğində olan borcunu ödəməsə, şirkət Ukraynaya qaz təchizatlarını artıq davam etdirə bilməyəcək. Kəskin maliyyə böhranı və siyasi qeyri-sabitliklə üzləşən Ukrayna borcunu ödəməyin yollarını axtarmaqdadır. Miller deyib ki, “Qazprom” artıq Ukraynanın qaz təchizatını dayandırmaq üçün xüsusi operativ qərargah yaradıb. Onun sözlərinə görə, Ukrayna tərəfindən “Naftoqaz” şirkəti qaza görə yığılıb qalan milyard dolları ödəməyə hazır deyil. Miller gələn il Ukraynaya qazın min kubmetrinin borcun tam ödəniləcəyi halda 418 dollara satıla biləcəyini də deyib. İndiyədək Ukrayna Rusiyadan aldığı qaza görə 170 dollar ödəyirdi. Eyni vəziyyət 2006-cı ildə də yaranmışdı. O vaxtlar da Rusiya qısa müddətə Ukraynaya qaz təchizatlarını dayandırmışdı. Bu isə Qərbi Avropaya mavi yanacaq axınını xeyli azaltmışdı. Bu dəfə də Ukrayna ilə Rusiya arasında yaranmış mübahisə Avropada narahatlıqla izlənilir. Siyasət şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar