SON XƏBƏRLƏR

NATO HƏRBÇİLƏRİ BAKIYA NƏYƏ GƏLİBLƏR?

2021.10.20, 07:36
NATO HƏRBÇİLƏRİ BAKIYA NƏYƏ GƏLİBLƏR?

Gunaz.tv
NATO HƏRBÇİLƏRİ BAKIYA NƏYƏ GƏLİBLƏR? Ötən gün bir qrup NATO zabiti Binə hava limanında görünüb Ötən gün səhər saatlarında bir qrup NATO hərbçisi Bakı hava limanından yola düşüb. Hadisənin şahidi olan şəxslərdən birinin redaksiyamıza verdiyi məlumata görə, hərbçilərin əksəri yüksək rütbəli zabitlər olub və xüsusi mühafizə altında təyyarəyə mindiriliblər. NATO zabitlərinin Bakıya hansı məqsədlə gəlmələri barədə heç bir məlumata malik olmayan mənbə, onları sadəcə, təsadüfən hava limanında gördüyünü dedi. Nəzərə çatdıraq ki, NATO hərbçiləri vaxtaşırı müxtəlif missiyalarla Bakıya gəlirlər. Əksər hallarda onlar hansısa tədbir və ya təlimdə iştirak etmək, yaxud da beynəlxalq konfransla bağlı paytaxtımıza təşrif buyururlar. Bəzi hallarda isə NATO rəhbərliyində təmsil olunan şəxslər dövlət rəsmiləri ilə görüşlər üçün Azərbaycana səfər edirlər. Bir qayda olaraq, bu tədbirlər, səfərlər barədə məlumat verilir. Lakin son günlər mətbuatda Bakıya NATO hərbçilərinin gəlməsi haqda heç bir açıqlama verilməyib. Bu baxımdan onların Binə hava limanında gözə dəyməsi marağımıza səbəb oldu. Əsas maraq doğuran amillərdən biri də İsrailin Qəzza zolağını bombalaması səbəbindən regionda böyük bir konfliktin baş verə biləcəyi müşahidə edilir. Söhbət İranın İsrailə hücum edə bilməsindən gedir. Bu baxımdan ehtimal edilə bilər ki, həmin NATO zabitləri regionda yaranmış vəziyyətlə əlaqədar Azərbaycan rəhbərliyi ilə söhbətlər aparmaq üçün gəliblər. Bir qayda olaraq, bu beynəlxalq qurumların təmsilçilərinin səfərləri ilə bağlı məlumatlar Xarici İşlər və Müdafiə nazirliklərində olur. Bu səbəbdən aldığımız xəbəri dəqiqləşdirmək üçün ilk növbədə həmin qurumlarla əlaqə saxladıq. XİN-in mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim NATO hərbçilərinin Bakıya gəlib-getməsi haqda heç bir informasiyaya malik olmadığını dedi: “Bizdə belə bir informasiya yoxdur”. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu da NATO hərbçiləriinn Bakıda olmasından xəbərsiz olduqlarını dedi. Aeroportun mətbuat xidmətindən isə bildirildi ki, onlar hava limanından kimlərin gəlib-getməsi haqda informasiya vermək səlahiyyətinə malik deyillər. Görünür, NATO zabitlərinin gəlişi qəfil olub və bu son dərəcə məxfi məsələlərlə əlaqədardır. ORXAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar