SON XƏBƏRLƏR

Rusiyadan Ukraynaya xəbərdarlıq

2021.10.20, 07:36
Rusiyadan Ukraynaya xəbərdarlıq

Gunaz.tv
Rusiyadan Ukraynaya xəbərdarlıq Rusiyanın qaz nəhəngi "Qazprom " yenidən yanvarın birindən Ukraynanı bu ölkəyə qaz təchizatlarını dayandıracağı ilə hədələyib. Şirkət bildirib ki, Ukrayna dekabrın 31-nə qədər Rusiyaya borcları məsələsini həll etməsə, qaz təchizatları kəsiləcək. Özünün televiziya ilə şərhində "Qazprom"un baş icraçısı Aleksey Miller deyib ki, Kiyev Rusiyaya iki milyard dollar məbləğində olan borcunu ödəməsə, şirkət Ukraynaya qaz təchizatlarını davam etdirə bilməyəcək. Kəskin maliyyə böhranı və siyasi qeyri-sabitliklə üzləşən Ukrayna borcunu ödəməyin yollarını axtarmaqdadır. Xatırladaq ki, anoloji vəziyyət 2006-cı ildə də yaranmışdı. O vaxtlar da Rusiya qısa müddətə Ukraynaya qaz təchizatlarını dayandırmışdı. Bu isə Qərbi Avropaya mavi yanacaq axınını xeyli azaltmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar