SON XƏBƏRLƏR

“TALİBAN”dan DƏHŞƏTLİ HÖKM . Radikal təşkilat Əfqanıstanda məktəbli qızları öldürəcək

2021.10.20, 07:36
“TALİBAN”dan DƏHŞƏTLİ HÖKM . Radikal təşkilat Əfqanıstanda məktəbli qızları öldürəcək

Gunaz.tv
“TALİBAN”dan DƏHŞƏTLİ HÖKM Radikal təşkilat Əfqanıstanda məktəbli qızları öldürəcək 1211.jpg “Taliban” hərəkatı əfqanları və pakistanlıları xəbərdar edib ki, qızlarını məktəbə göndərməsinlər. Əks halda onların hədəfi məktəbli qızlar olacaq. Hərəkatın Pakistandakı liderlərindən Şah Duran yerli radiolardan birinə deyib ki, “Taliban” qızların məktəbə getməsinin qadağan edildiyi haqda hökm çıxarıb. Onun sözlərinə görə, bu hökmə riayət etməyənlərə dərs vermək üçün məktəbli qızlar öldürüləcək. “Qız uşaqlarını qəbul edən məktəbləri də partladacağıq” deyə o xəbərdarlıq edib. “Taliban” nümayəndəsi bildirib ki, onlar indiyədək Pakistanın Suat bölgəsində qız uşaqlarının da oxuduğu 300-ə yaxın məktəbi dağıdıb. Ötən ay “Taliban” Əfqanıstanda qız məktəblərindən birinə hücum edərək, azyaşlı şagirdlərin üzlərinə sulfat turşusu tökmüşdü. ƏFQANLAR UŞAQLARINI SATIRLAR Özü də 500 dollara 2001-ci ildən ABŞ silahlı qüvvələrinin işğalı altında olan Əfqanıstanda əhali kasıbçılıqdan əziyyət çəkir. Prezident Həmid Kərzayın və müttəfiq qoşunlarının yalnız paytaxt Kabilə tam nəzarət etdiyi bu ölkədə kasıb ailələr acından ölməmək üçün uşaqlarını aşkar şəkildə satışa çıxarıblar. İngiltərənin “Shannel 4" kanalı bu barədə məlumat yayıb. Məlumatda bildirilir ki, varlı ailələr uşaq əldə etmək üçün daha çox Əfqanıstana üz tuturlar. Çünki bu ölkədə uşaqların qiyməti 500 dollardır. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar