SON XƏBƏRLƏR

Şəhruz Əsədli İnqilab Məhkəməsinə göndərilib

2021.10.20, 07:36
Şəhruz Əsədli İnqilab Məhkəməsinə göndərilib

Gunaz.tv
Şəhruz Əsədli İnqilab Məhkəməsinə göndərilib Hərəkatçı CD-lər paylayırmış Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Şəhruz Əsədli Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, onu məhkəməyə Germi şəhərinin ETTELAAT-ı göndərib. Milli Hərəkat fəalı milli ideyaları təbliğ edən CD-lər yaymaqda suçlandırılır. ------------------------------------------------------------------- Türkiyə səfirliyinin Gəncədə baş konsulluğu açılacaq Hulusi Kılıç: "Türkiyədən iş adamları dəvət olunacaq" "2009-cu ildə Gəncədə Türkiyə səfirliyinin Baş konsulluğu açılacaq. Türk və azərbaycanlı iş adamları arasında ikitərəfli və işgüzar əlaqələrin genişlənməsinə və bundan sonrakı inkişafına təkan vermək məqsədilə türkiyəli iş adamlarının da dəvət olunacağı konsulluğun fəaliyyəti iki ölkə arasındakı münasibətlərin yeni strukturda inkişafı üçün geniş perspektivlər yaradacaq". Məlumatı Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç verib. 2009-cu ildə görüləcək işlərdən danışan səfir gələn il Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının keçiriləcəyini, Atatürkün və Nuru Paşanın xatirəsinə abidə ucaldılacağını da qeyd edib. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar