SON XƏBƏRLƏR

RUSİYA UKRAYNA İLƏ MÜHARİBƏ ÜÇÜN BƏHANƏ AXTARIR

2021.10.20, 07:36
RUSİYA UKRAYNA İLƏ MÜHARİBƏ ÜÇÜN BƏHANƏ AXTARIR

Gunaz.tv
RUSİYA UKRAYNA İLƏ MÜHARİBƏ ÜÇÜN BƏHANƏ AXTARIR General Mixail Kruş: “Gürcüstanda bizim təyyarələrimizi ukraynalılar vurub” 4506.jpg Rusiya Ukraynanın bu ilin yayında Gürcüstanın Cənubi Osetiya bölgəsi ətrafında aparılan hərbi əməliyyatlarda iştirakı haqda növbəti ittiham irəli sürüb. Hərbi Hava Qüvvələrinin generalı Mixail Kruş dünən keçirdiyi mətbuat konfransında bəyan edib ki, həmin əməliyyatlar zamanı Rusiyaya məxsus təyyarələri Ukrayna hərbçiləri vurub. Onun sözlərinə görə, bu barədə təkzibedilməz sübutlar var. “Bizim üçün ən təəccüblüsü odur ki, müasir Ukraynanın tarixində ilk dəfə bu ölkənin vətəndaşları Rusiyaya qarşı döyüşüb. İlk növbədə bu Ukraynanın Gürcüstana verdiyi hava hücumundan müdafiə sistemlərinin tətbiqi ilə bağlıdır. Bizim əldə etdiyimiz dəlillərə görə, bu kompleksləri idarə edən heyətlərin daxilində Ukrayna vətəndaşları olub. Söhbət ”Buk-1" və “Osa” komplekslərindən gedir" . General etiraf edib ki, Rusiya təyyarələrinin əksəriyyəti “Buk-1" kompleksləri ilə vurulub. Hər iki texnika sovet istehsalıdır və ötən əsrin 80-ci illərində buraxılıb. Onlar hava hədəflərinə qarşı ən effekti vasitələrdən hesab edilir. Rusiya bundan əvvəl də dəfələrlə Gürcüstan ətrafında döyüşlər zamanı Ukraynanın ona qarşı cəbhədə yer aldığını bəyan edib. Rəsmi Moskva bu məsələdə bilavasitə prezident Viktor Yuşşenkonu ittiham edir və bildirir ki, məhz onun sərəncamı ilə Gürcüstana silahlar verilib, döyüşmək üçün hərbçilər göndərilib. Ekspertlər istisna etmir ki, Rusiya davamlı olaraq irəli sürdüyü bu kimi ittihamlarla gələcəkdə Ukraynaya hərbi müdaxilə üçün əsaslar formalaşdırmaq istəyir. Qərb təhlilçilərinə görə, Gürcüstandan sonra Rusiyanın hədəfi Ukrayna ola bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar