SON XƏBƏRLƏR

SAAKAŞVİLİNİN BAŞ NAZİRİ DÖYDÜYÜ XƏBƏRLƏRİ YAYILIB

2021.10.20, 07:36
SAAKAŞVİLİNİN BAŞ NAZİRİ DÖYDÜYÜ XƏBƏRLƏRİ YAYILIB

Gunaz.tv
SAAKAŞVİLİNİN BAŞ NAZİRİ DÖYDÜYÜ XƏBƏRLƏRİ YAYILIB Gürcüstan mətbuatının yazdığına görə, prezident Qriqol Mqaloblişvilini əvvəl vurub, sonra telefon atıb 575.jpg Gürcüstan prezidentinin növbəti ekstravaqant hərəkəti haqda xəbərlər yayılıb. Bu dəfə bildirilir ki, Mixail Saakaşvili hökumətin müşavirəsi zamanı baş nazir Qriqol Mqaloblişvili ilə əlbəyaxa olub. Məlumata görə, insident hələ ötən həftə baş verib, lakin bu haqda xəbərlər mətbuata təzə məlum olub. “Aliya” qəzeti yazır ki, prezident şahidlərin yanında baş nazirin sifətinə yumruq vurub, daha sonra ona telefon atıb. Dövlət başçısının bu hərəkətinin motivləri haqda məlumat verilmir. Lakin bildirilir ki, baş nazir təhqir olunması ilə barışmayaraq dərhal istefa ərizəsi yazıb. Bəzi məlumatlara görə, Saakaşvili onun ərizəsini qəbul etməyib. Lakin Gürcüstan prezidentinin hərəkətinə görə üzr istəyib-istəmədiyi haqda məlumat verilmir. Məlumat hələ rəsmən təkzib olunmayıb. Baş nazir Mqaloblişvili isə bu həftə Türkiyəyə səfər edib. Saakaşvilinin əsəblərinin yerində olmadığı bu ilin avqustundakı müharibə zamanı da üzə çıxmışdı. Həmin vaxt Saakaşvili telekamera qarşısında affekt vəziyyətinə düşərək öz qalstukunu çeynəyib. Bu kadrlar bütün dünyaya yayılıb.Rusiya mətbuatı isə onun haqqında çoxsaylı iddialar ortaya atıb. Belə iddialara görə, Saakaşvili dəli, narkoman və ambisioz adamdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar