SON XƏBƏRLƏR

Ahıska türklərinin Gürcüstana qayıdışı üçün müəyyən edilmiş müddət uzadılır

2021.10.20, 07:36
Ahıska türklərinin Gürcüstana qayıdışı üçün müəyyən edilmiş müddət uzadılır

Gunaz.tv
Ahıska türklərinin Gürcüstana qayıdışı üçün müəyyən edilmiş müddət uzadılır Gürcüstan parlamenti Ahıska türklərinin repatriasiyası üçün müəyyən edilmiş müddətin uzadılmasını nəzərdə tutan qanun dəyişikliyini ikinci oxunuşda qəbul edib. Gürcüstan saytlarına istinadən verilən məlumata görə, tarixi vətənlərinə dönmək istəyən Ahıska türkləri 2009-cu il iyulun 1-nə qədər ərizə ilə müraciət edə biləcək. Əvvəlki müddət isə 2009-cu il yanvarın 1-nə qədər idi. Parlamentin Hüquq məsələləri komissiyasının sədr müavini Akaki Minaşvili bildirib ki, müddətin uzadılmasının səbəbi 2008-ci il ölkədə 3 dəfə seçki keçirilməsi və avqust ayında baş verən müharibədir. Qeyd edək ki, qanuna əsasən Gürcüstana qayıtmaq istəyən Ahıska türkləri yaşadıqları və ya yaxın ölkədəki Gürcüstan konsulluqlarına müraciət etməlidir. A. Minaşvili indiyə qədər 900-ə yaxın müraciət daxil olduğunu söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar