SON XƏBƏRLƏR

Kürd-erməni qardaşlığından doğan kampaniya

2021.10.20, 07:36
Kürd-erməni qardaşlığından doğan kampaniya

Gunaz.tv
Kürd-erməni qardaşlığından doğan kampaniya abdulla-gul-12.jpg Türkiyəli jurnalist Əli Bayramoğlu, Prof.Dr. Basqın Oran, Prof. Dr. Əhməd İnsel və Dr.Çingiz Aktarın təşəbbüsü ilə başlayan "erməni qardaşlarımdan üzr istəyirəm" imza kampaniyası ölkədə böyük səs-küyə səbəb oldu. Qeyd edək ki, bu kampaniya www.ozurdiliyoruz.com internet saytı vasitəsilə həyata keçirilir. Saytda "1915-ci ildə Osmanlı ermənilərinin məruz qaldığı "böyük fəlakət"ə etinasız yanaşılmasını, bunun inkar edilməsini vicdanım qəbul etmir. Bu ədalətsizliyi rədd edir, erməni qardaşlarımın hisslərini və çəkdiyi əziyyətləri bölüşür, onlardan üzr istəyirəm" mətni yerləşdirilib. Qondarma erməni soyqırımını "qəbul edənlər" burada adlarını, soyadlarını, yaşadıqları şəhəri və e-mail ünvanlarını yazmaqla kampaniyaya dəstək vermiş olurlar. Bir neçə gün sonra bu kampaniya Türkiyənin yuxarı elitasına təsir göstərməyə başladı. Əksəriyyəti kürdlərdən ibarət olan Demokratik Toplum partiyasının (DTP) üzvləri də bu qondarma aksiyaya dəstək verənlərin sırasına qoşuldular. DTP-nin türk hökuməti ilə münasibətlərini nəzərə alsaq, onların bu kampaniyaya qoşulması heç də təəccüblü görünmür. Uzun illər Ankara PKK ilə mübarizə apararkən bu partiya ölkədə anti-Türkiyə kampaniyası ilə məşğul olurdu. Digər tərəfdən, DTP terror təşkilatına ən böyük siyasi dəstək verənlərdən sayılır. Dəfələrlə Türkiyə mətbuatında partiya üzvlərinin terrorçularla əlaqələri haqqında məlumatlar dərc olunmuşdu. Bu ilin fevral ayında Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK terrorçularına qarşı apardıqları hərbi əməliyyatlar zamanı bu partiya yenidən ortaya atıldı. Onlar hökumətdən təkidlə qoşunların geri çəkilməsini tələb edirdilər. Məhz bu cür amillər DTP-ni "üzr istəyirəm" kampaniyasına qoşulmasına gətirib çıxardı. Bütün bunlar onların ermənilərlə birgə türkə qarşı nifrətin təcəssümüdür. Politoloq Cümşüd Nuriyev də məsələyə aydınlıq gətirərək bildirdi ki, bu kampaniya DTP-ni həqiqətən də Türkiyəyə düşmən mövqedə olan bir partiya kimi yenidən gündəmə gətirdi: " Bu partiyanın indiyə qədər də bu və ya digər formalarda da fəaliyyət göstərməsi Türkiyə dövlətinin əleyhinə olduğunu ortaya qoymuşdu. Amma ermənilərlə kürdlərin iş birliyi parlament müstəvisinə keçməmişdi. Bu ASALA ilə PKK-nın ardıcıl olan növbəti bir mərhələsidir. Politoloq "üzr istəyirəm" kampaniyasının başlamasından öncə bir qrup erməni siyasətçisinin prezident Abdullah Gülə üzr istəməklə bağlı müraciət etdiklərini bildirdi: "Bu kampaniya Abdullah Gülün səhv yolda olmasını bir daha gündəmə gətirdi. Yəni Türkiyə çalışır ki, ermənilərlə yaxınlaşsın. Amma Azərbaycanla olan münasibətlər göstərir ki, ermənilərin içində olan məkr, hiylə heç bir vaxt qurtulan deyil". Qeyd edək ki, ermənilərin başlatdıqları "üzr istəyirəm"ə qarşı bir qrup türk də "özür dilemiyoruz" adı altında kampaniya keçirdilər. Görünür, bu məsələdə yenə də ermənilərə uduzduq. Belə bir kampaniyaya onlardan əvvəl başlamaq lazım idi. Onda kürdlər də, ermənilər də belə bir addım atmağa cəsarət etməzdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar