SON XƏBƏRLƏR

Gələn il Bakıda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün heykəli ucaldılacaq.

2021.10.20, 07:36
Gələn il Bakıda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün heykəli ucaldılacaq.

Gunaz.tv
Gələn il Bakıda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün heykəli ucaldılacaq. 2008-12-26_8959.jpg Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç dekabrın 25-də keçirdiyi mətbuat konfransında deyib ki, 2009-cu ildə Azərbaycanda Nuru Paşa Fondunun yaradılması, Gəncədə Türkiyənin baş konsulluğunun açılması, paytaxtda və bölgələrdə «Qardaşlıq bağları»nın salınması da nəzərdə tutulub. AzərTAc xəbər verir ki, mətbuat konfransını ilin yekunlarına həsr edən səfir 2008-ci ili Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı baxımından çox əhəmiyyətli dövr kimi səciyyələndirib. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən diplomat bildirib ki, il ərzində ölkələrin prezidentləri və baş nazirləri 10 görüş keçirib. Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin inkişaf dinamikasına toxunan H.Kılıç deyib ki, keçən il qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1,5 milyard dollar olmuşdusa, cari il bu göstərici 2,5 milyard dollara çatıb. Səfir Türkiyə ilə Azərbaycanın transmilli neft-qaz layihələrində uğurla əməkdaşlıq etdiyini xatırladaraq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 2010-cu ildə fəaliyyətə başlayacağını vurğulayıb. H.Kılıç bəyan edib ki, Türkdilli ölkələrin Parlament Assambleyasının ilk sessiyası Bakıda keçiriləcək. Toplantının gələn ilin sentyabrında keçirilməsi planlaşdırılır. Assambleya Azərbaycan,Türkiyə, Qazaxıstan və Qırğızıstan parlament rəhbərlərinin noyabrın 21-də İstanbulda keçirilən toplantısında yaradılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar