SON XƏBƏRLƏR

Tacikistan ticarət üçün rubldan istifadə edə bilər

2021.10.20, 07:36
Tacikistan ticarət üçün rubldan istifadə edə bilər

Gunaz.tv
Tacikistan ticarət üçün rubldan istifadə edə bilər 20060701225823roublesnotes_other203b.jpg Tacikistanın Mərkəzi Bankının başçısı Şərif Rəhimzadə deyib ki, xarici ticarət üçün bir milyard Rusiya rublu alınıb. Bu isə təxminən 35 milyon dollara bərabərdir. Bu, Tacikistanın regiondakı başqa ölkələrlə ticarət üçün dollar əvəzinə Rusiya rublundan istifadə etməsi barədə səslənən təkliflərə təsadüf edib. Cənab Rəhimzadə həmçinin deyib ki, rublun dəyərinin dollarla müqayisədə enməsi ucbatından Rusiyadakı tacik miqrant işçilərin evə dollar əvəzinə rubl yollamaları daha yaxşı olardı. Mütəxəssislər deyirlər ki, tacik miqrantların Rusiyadan evə göndərdikləri pulların həcmi Tacikistanın illik büdcəsinə bərabərdir.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar