SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad: «İsa Məsih zühur etsə, o, İranın tərəfində olacaq»

2021.10.20, 07:36
Mahmud Əhmədinejad: «İsa Məsih zühur etsə, o, İranın tərəfində olacaq»

Gunaz.tv
Mahmud Əhmədinejad: «İsa Məsih zühur etsə, o, İranın tərəfində olacaq» ehmednejat_14_08_08.jpg İran prezidenti ingilislərə Yeni İl mesajında belə deyib İran prezidenti Mahmud Əhmədinejad böyük britaniyalılara Yeni İl mesajı göndərib. İngiltərənin 4-cü kanalı ilə canlı yayımda çıxışında Mahmud Əhmədinejad ingilisləri bayram münasibəti ilə təbrik edib. «Mən əminəm əgər indi İsa Məsih zühur etsə, o, İranın tərəfində olacaq, imperailst işğalçıların -Qərbin tərəfində yox». Amma İngiltərə mətbuatı Əhmədinejadın bu mesajının Böyük Britaniyaya yox, ABŞ-a və İsrailə qarşı yönəldiyini iddia edib. Əhmədinejad çıxışında bildirib ki, bu şəraitdə o, müharibənin törədicilərinə və işğalçılara və terrorçulara qarşı mübarizə aparardı. Bu çıxışa münasibət bildirən İsrailin Böyük Britaniyadakı səfiri Ron Prozor İran prezidentinin sözlərini saxta xoşməramın ifadəsi olduğunu deyib. Səfir televiziyanın bu müsahibənin yayımlamasını isə rüsvayçılıq adlandırıb./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar