SON XƏBƏRLƏR

KIRIMDA PARTLAYIŞDA HƏLAK OLANLARIN SAYI 24 NƏFƏRƏ ÇATIB

2021.10.20, 07:36
KIRIMDA PARTLAYIŞDA HƏLAK OLANLARIN SAYI 24 NƏFƏRƏ ÇATIB

Gunaz.tv
PARTLAYIŞDA HƏLAK OLANLARIN SAYI 24 NƏFƏRƏ ÇATIB evpatoriya.jpg Krımın Yevpatoriya kurort bölgəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda həlak olanların sayı 24 nəfərə çatıb. Xilasedicilər 21 nəfəri sağ çıxarmağa müvəffəq olublar. Dağıntılar altında hələ də sağ qalanların olduğu güman edilir. Ərazidə xilasetmə işləri davam edir. Yevpatoriyada baş verən hadisə ilə əlaqədar bu gün Ukraynada matəm günü elan olunub. Qeyd edək ki, hadisə yerində aparılan ilkin təhqiqat zamanı partlayışın mənzillərdən birinə qaz sızması nəticəsində baş verdiyi təsdiqlənməyib. Partlayışın binanın zirzəmisində olan oksigen balonunun alışması nəticəsində baş verdiyi versiyası araşdırılır. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar