SON XƏBƏRLƏR

Rusiya səfiri Tərtərdə mülki şəxsin öldürməsinə münasibətini bildirib

2021.10.20, 07:36
Rusiya səfiri Tərtərdə mülki şəxsin öldürməsinə münasibətini bildirib

Gunaz.tv
Rusiya səfiri Tərtərdə mülki şəxsin öldürməsinə münasibətini bildirib vasili-istratov-sefir.jpg Vasili İstratov: "Dinc sakinlərin qətlə yetirilməsi halları mütəmadi baş verir və bu,siyasətçiləri münaqişənin həlli ilə daha fəal məşğul olmağa vadar edir" Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov ötən gün Tərtər rayonunda Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində bir mülki şəxsin həyatını itirməsi faktına öz münasibətini bildirib. Səfir deyib ki, dinc sakinlərin qətlə yetirilməsi halları mütəmadi baş verir və bu cür hallar siyasətçiləri münaqişənin həlli ilə daha fəal məşğul olmağa vadar edir: ""Moskva bəyannaməsi"ndə bütün tərəflər münaqişəni sülh yolu ilə həll etməklə bağlı razılığa gəliblər. Təmas xəttində atışmalara gəldikdə isə təssüf ki bu kimi xoşagəlməz hallar müntəzəm olaraq baş verir. İndiki halda hər hansı tərəfdən insan itkisi geri qaytarılması mükün olmayan bir itkidir və bu cür hallar siyasətçiləri və mütəxəssisləri münaqişənin həlli ilə daha fəal məşğul olmağa vadar edir”. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar