SON XƏBƏRLƏR

Liderlər Milad mesajları göndərir

2021.10.20, 07:36
Liderlər Milad mesajları göndərir

Gunaz.tv
Liderlər Milad mesajları göndərir 20080824105247203_queen.jpg Dünyanın hər yerində xrisitan liderlər öz xalqlarına Milad bayramı münasibətilə müraciətlər ediblər. Britaniyaya və Birlik ölkələrinə Milad bayramı münasibətilə ünvanladığı ənənəvi müraciətində Kraliça Yelizaveta qlobal iqtisadiyyat və dünya boyunca zorakılıqlara dair narahatlığını ifadə edib. O, deyib ki, Milad sevinc anıdır, amma bu il bir çoxları bu bayramı kədərlə qarşılayıb. Kraliçanını mesajında Britaniya silahlı qüvvələrinə ehtiram ifadə olunub və bayramı ailə üvlərindən kənarda keçirənlərə də diqqət ayrılıb. "Bizim əsgər kişi və qadınlarımız fəlakətli ərazilərə sülh və təhlükəsizlik gətirmək üçün xidmət edirlər" - deyib Kraliça Yelizaveta. "Bu il Birinci Dünya Müharibəsinin başa çatmasından 90 il keçdi və həmin müharibədən qurtulanlar öz nəsillərinin yaşadığı o gərgin zamanları bir daha yada saldılar" - deyə o, əlavə edib. 20081220040759acenaobamagettydentro.jpg Barak Obama amerikalıları var-dövlətlərini bölüşməyə çağırır Amerikanın yeni seçilmiş Prezidenti Barak Obama da öz bayram təbrikində əsgərlərə ehtiram ifadə edib. O, xaricdə xidmət edən minlərlə amerikalıya Milad mesajını göndərib. Cənab Obama eyni zamanda amerikalıları iqtisadi böhranın bəlalarından əzab çəkən yaxınlarını yada salmağa çağırıb. "Bu həm də bizim ölgün iqtisadiyyatımızla ayaqlaşmalı olan bir çox amerikalılar üçün çətin zamanlardır. Bilirik ki, indi milyonlarla amerikalı işsizdir. Onların çoxu işıq, qaz, su pulu verə bilmək üçün çalışır. Tələbələrdən tutmuş vəzifəlilərədək çoxları üçün gələcək qeyri-müəyyən görünür. İndi biz amerikalı olaraq var-dövlətimizi başqalarıyla bölüşmək, yəni qardaşlarımızın, bacılarınızın qayğısına qalmaq keyfiyyətimizdən daha çox istifadə etməliyik. Biz indi bir birimizə xidmət etmək, yeni ideyalar, innovasiyalar axtarmaq və böyük ölkəmiz üçün yeni səhifə açmaq üçün əlimizdən gələni etməliyik. Yeni ildə mənim adminstrasiyam bu ruhda idarə olunacaq" - deyib cənab Obama. 20081201194041ahmadinejaddentro203.jpg Mahmud Əhmədinejadın Milad mesajı Britaniyada narazılıq doğurdu İngiltərənin Channel 4 televiziya kanalının İran Prezidenti Mahmud Əhmədinejadın Milad mesajını səsləndirməsi Britaniyada tənqidlə qarşılanıb. Xarici İşlər Nazirliyi deyib ki, media öz redaksiya qərarlarında azaddır, amma bu çıxış həm Britaniyada, həm də xaricdə narazılıq yaradacaq. Telekanal isə öz qərarının düzgün olduğunu deyib və bildirib ki, Yaxın Şərqin ən nüfuzlu liderlərindən biri olan Mahmud Əhmədinejadın fikirləri də əhəmiyyətlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar