SON XƏBƏRLƏR

Dünya azərbaycanlılarının həmrəylik günü bütün dünyada qeyd ediləcək

2021.10.20, 07:36
Dünya azərbaycanlılarının həmrəylik günü bütün dünyada qeyd ediləcək

Gunaz.tv
Dünya azərbaycanlılarının həmrəylik günü bütün dünyada qeyd ediləcək hemyerli-moskva.jpg Dünya azərbaycanlılarının həmrəylik günü Bakıda olduğu kimi bütün dünyada təntənə ilə qeyd ediləcək. Planetin dörd bir yanında yaşayan soydaşlarımız Azərbaycan həqiqətlərinin təbliği, milli mədəni dəyərlərin qorunması yolunda birlik nümayiş etdirəcəklər. 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü sadəcə bayram, şənlənmə günü deyil. Bu gün sözün əsl mənasında həmrəy olmaq lazımdır. Bu tarix dünyanın dörd bir yanına səpələnmiş milyonlarla azərbaycanlı üçün, erməni işğalının nəticələrini yaymaq, Azərbaycan həqiqətlərini təbliğ etmək imkanı yaradır. Diaspora təmsilçilərimiz də bunu yaxşı başa düşür. 31 dekabr ən fərqli və bir-birindən min kilometrlərlə uzaq 80-dən artıq ölkədə təntənə ilə qeyd ediləcək. Həmrəylik günü ilə bağlı ən möhtəşəm tədbirlər isə Bakıda baş tutacaq. Bununla da 50 milyonluq dünya azərbaycanlıları həmrəy olduqlarını bütün bəşəriyyətə göstərəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar