SON XƏBƏRLƏR

Sabah(26 dekabr) Azərbaycan Milli Məclisi Konstitusiyaya dəyişikliklə bağlı referendumun vaxtını müəyyənləşdirəcək

2021.10.20, 07:36
Sabah(26 dekabr) Azərbaycan Milli Məclisi Konstitusiyaya dəyişikliklə bağlı referendumun vaxtını müəyyənləşdirəcək

Gunaz.tv
Sabah Azərbaycan Milli Məclisi Konstitusiyaya dəyişikliklə bağlı referendumun vaxtını müəyyənləşdirəcək millimeclis190608.jpg Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin sabah keçiriləcək iclasında Konstitusiyaya əlavə və dəyişikliklə bağlı referendumun vaxtı təyin ediləcək. Bu barədə APA-ya Milli Məclisinin üzvü Adil Əliyev məlumat verib. Deputat Konstitusiyaya təklif edilən əlavə və dəyişikliyi dəstəklədiyini, Konstitusiya Məhkəməsinin verdiyi rəyi yüksək qiymətləndirdiyini deyib. O bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ictimai-siyasi təşəbbüsdür və proqressiv addımdır. A. Əliyev bunu vətəndaşların seçki hüququna hörmətin göstəricisi kimi də qiymətləndirib: “Bu, ölkədə fikir azadlığının, vətəndaş təşəbbüsü sisteminin inkişafına xidmət edəcək. Mən Azərbaycan xalqının Konstitusiyaya təklif olunan dəyişikliyi müsbət qarşılayacağına əminəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar