SON XƏBƏRLƏR

BBC-nin İranda həbs edilmiş müxbirləri Böyük Britaniya vətəndaşları deyillər – İranın kəşfiyyat idarəsinin rəhbəri

2021.10.20, 07:36
BBC-nin İranda həbs edilmiş müxbirləri Böyük Britaniya vətəndaşları deyillər – İranın kəşfiyyat idarəsinin rəhbəri

Gunaz.tv
BBC-nin İranda həbs edilmiş müxbirləri Böyük Britaniya vətəndaşları deyillər – İranın kəşfiyyat idarəsinin rəhbəri BBC-nin İranda həbs edilmiş işçiləri Böyük Britaniya təbəələri deyillər, - İranın təhlükəsizlik naziri çərşənbə günü bildirib. “Britaniya təbəələrinin həbsi barədə məlumat yalandır”, - İranın təhlükəsizlik naziri Qulamhüseyn Möhsüni Ejei mətbuat konfransında bildirib. Tehranda BBC-nin bir neçə əməkdaşını həbs ediblər. Onlar Böyük Britaniyanın xeyrinə casusluqda ittiham olunurlar. “İranın təhlükəsizlik strukturları aydınlaşdırıblar ki, BBC-nin bir neçə əməkdaşı Böyük Britaniyanın Tehrandakı səfirliyinin dəstəyi ilə, İslam Respublikasında casusluq niyyətində olublar”, - İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Məhəmməd Kərim Abidi İİR-in İLNA xəbərlər agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, BBC-nin bəzi müxbirləri mehmanxanada digər adlar altında nömrələr sifariş ediblər. BBC-nin müxbirləri müxtəlif qruplar təşkil edərək, casus şəbəkəsi yaratmaq niyyətində olublar, - Abidi deyib. İranın təhlükəsizlik strukturları bir neçə belə qrupun fəaliyyətinin qarşısını alıb və hazırda casus şəbəkəsinin qalan üzvlərinin axtarışı davam edir, - o qeyd edib.trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar