Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Qaz ixrac edən ölkələrin dekabrın 23-də Moskvada keçirilən forumu zamanı Rusiyanın neçə vaxtdır irəli sürdüyü ideya reallaşıb. Forum iştirakçıları qaz ixrac edən ölkələrin kartelinin yaradılması haqda razılıq əldə ediblər. Yeni qurumun adı da müəyyənləşib-Qaz İxrac Edən Ölkələr Forumu. Bu qeyri-formal qurum əslində 2001-ci ildə Tehranda Əlcəzair, Bruney, İndoneziya, İran, Malayziya, Nigeriya, Oman, Rusiya və Türkmənistanın enerji və neft nazirlərinin toplantısında yaradılıb. Neçə vaxt idi ki, Rusiya digər qaz ixrac edən ölkələri də bura cəlb etməklə “Qaz OPEC” i yaradılması təklifini irəli sürmüşdü. Moskva forumuna isə Rusiya sözügedən ölkələrdən əlavə, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Trinidad və Tobaqo, müşahidəçi statusunda Qazaxıstan və Ekvatorial Qvineyanı da cəlb edə bilib. Lakin Rusiyanın “Qaz OPEC”inə qoşulmağı təklif etdiyi Azərbaycan bu forumda yer almayıb. Rəsmi Bakıya foruma dəvət göndərilib-göndərilmədiyi haqda məlumat yoxdur, lakin belə ehtimal edilir ki, dəvət, hər halda, olub. Çünki Azərbaycan Xəzər regionunda böyük qaz ehtiyatlarına malik ölkələrdən biridir. Rusiya hazırda Azərbaycan qazının hansı istiqamətə ixrac ediləcəyini diqqətlə izləyir və digər tərəfdən, “Şahdəniz” yatağından hasil ediləcək qazın hamısını Avropa qiymətlərinə almağa hazırdır. Rəsmən isə Azərbaycan artıq bir ildir qaz ixrac edən ölkələr sırasındadır. Çünki Azərbaycan qazı Türkiyə, Gürcüstan və Yunanıstana satılır. Məlumatlara görə, Moskva forumunda “Qaz OPEC”inin nizamnamə və əsasnaməsi imzalanıb. Təşkilatın mənzil-qərargahının harada yerləşməsi məsələsi isə səsvermə ilə həll edilib. Toplantıya rəhbərlik edən baş nazir Vladimir Putin deyib ki, qərargahın Sankt-Peterburqda yerləşməsi üçün bütün şəraiti yaratmağa hazırdır. Lakin gizli səsvermə zamanı Sankt-Peterburq cəmi bir səslə Qətərin paytaxtı Dohaya uduzub. Rusiyanın energetika naziri Sergey Şmatko deyib ki, hələlik forum iştirakçıları OPEC kimi hasilatın həcminə dair kvota müəyyən etməyəcəklər, bununla belə, iştirakçılar investisiya proqramlarını əlaqələndirməyə çalışacaqlar. Moskva görüşündə dünya bazarlarında qazın qiymətinin müəyyən edilməsi mexanizminə təsir etmək qərarı olmayıb. Çünki indi qazın qiymətləri kifayət qədər yüksəkdir və yanacağı, bu növündə neft kimi kəskin ucuzlaşma müşahidə edilmir. Lakin Rusiya baş naziri Putin forumda deyib ki, heç kim qazın neft kimi ucuzlaşacağını gözləməsin. O, hasilatçı ölkələrin qazın “ədalətli qiymətininin” təmin olunması üçün səyləri əlaqələndirəcəyini bildirib. Ekspertlər isə qeyd edirlər ki, Moskva toplantısı ABŞ və Avropa Birliyinin qarşı çıxdığı ideyanın reallaşması istiqamətində mühüm addım olub. Bununla belə, “Qaz OPEC”inin işləməsi üçün azı 10 il tələb oluna bilər. Çünki qarşıdakı illərdə forum iştirakçıları öz aralarında texniki məsələləri həll etməklə məşğul olacaqlar. Digər tərəfdən, qazın da neft kimi kəskin ucuzlaşmasına mane olmaq üçün yeni qurumun əlində rıçağı yoxdur. Orada birləşən ölkələr OPEC kimi yığışıb qiymətlərin enməsinə mane olmaq üçün hasilatı azaltmaq haqda qərar verə bilməyəcəklər, çünki nizamnaməyə belə bəndin daxil edilməsi mümkün olmayıb. ABŞ və Avropa Birliyi hesab edir ki, qazın qiyməti bazar qanunları ilə müəyyən edilməlidir və ona hasilatçı ölkələrin kvotanı azaltmaq, yaxud artırmaqla müdaxiləsi düzgün deyil. Qərb hazırda Rusiyanın Avropa Birliyi ölkələrinə qazı həddən artıq baha satmasından narazıdır. Ona görə də Rusiyanın Avropa qaz bazarında inhisarçı mövqeyini zəiflətmək üçün “Nabukko” kimi alternativ layihələr üzərində iş gedir. Öz qazını həm “Nabukko” ilə nəql etmək, həm də Rusiyaya satmaq üçün danışıqlar aparan Azərbaycan isə “Qaz OPEC” indən kənarda durmaqla manevr imkanları əldə edir. Göründüyü kimi, enerjidaşıyıcılarının nəqlinin diversifikasiyasında maraqlı olan Qazaxıstan da “Qaz OPEC”inə tam dəstək verməyib, yalnız bu qurumda müşahidəçi kmi iştirak etməyə razılaşıb. Azərbaycanın “Qaz OPEC”inə daxil olması o demək olardı ki, Bakı dünyanın ən iri qaz ixracçısı olan Rusiya ilə öz siyasətini uzlaşdırmalıdır. Belə olan halda Azərbaycanın “Nabukko” layihəsinə qoşulması ən azından Rusiya tərəfindən başa düşülməzdi. Azərbaycanda isə hazırda hakimiyyətdəki şəxsin müddətsiz prezidentliyini təmin edən konstitusiya düzəlişlərinin təsdiqləndiyi bir vaxtda enerji məsələsində manevr etmək xüsusilə vacibdir. Belə görünür ki, uzun müddətli tərəddüdlərdən sonra Bakıdan “Nabukko” layihəsinə qoşulmaqla bağlı Qərbə müsbət siqnallar göndərilir. “Nabukko” layihəsinin icraçı direktoru Reyhnard Mitçek bəyan edib ki, Azərbaycan qazının bu kəmərlə nəql edilməsi məsələsi həll edilmək üzrədir. Onun sözlərinə görə, Azərbaycan hələlik “Nabukko” üçün yeganə qaz təminatçısı olacaq. Sonrakı mərhələdə Türkmənistan, İran və İraq qazının da bu kəmərə vurulması nəzərdən keçirilir. Siyasət şöbəsi musavat
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər