SON XƏBƏRLƏR

AZƏRBAYCAN VƏTƏNDAŞI RUSİYA-ÇİN SƏRHƏDİNDƏ GİROV SAXLANILIR

2021.10.20, 07:36
AZƏRBAYCAN VƏTƏNDAŞI RUSİYA-ÇİN SƏRHƏDİNDƏ GİROV SAXLANILIR

Gunaz.tv
AZƏRBAYCAN VƏTƏNDAŞI RUSİYA-ÇİN SƏRHƏDİNDƏ GİROV SAXLANILIR Bir aydır pəncərəsiz otaqda saxlanılan İlkin Əliyev neytral zolaqda ilişib qalıb 264.jpg Azərbaycan vətəndaşı Hollivudda çəkilən “Terminal” filminin qəhrəmanı kimi sərhəddəki keçid-buraxılış məntəqəsində ilişib qalıb. lent.az-ın məlumatına görə, İlkin Əliyev artıq bir aydır ki, Rusiya ilə Çin arasındakı neytral zolaqda yaşayır. İ.Əliyev noyabrın sonunda həyat yoldaşı Nina ilə Çinə turist səfərinə gedib. Yaxşı da dincəliblər. Amma geri qayıdanda İ.Əliyevi Rusiyaya buraxmayıblar. Nina bunun səbəblərini hələ də başa düşmədiklərini söyləyir: “İlkin sərhəddən keçəndə kompyuterdə ”Rusiyaya giriş qadağandır" məlumatı yazıldı. Niyə qadağandır - heç kim izah etmir". Nina o zamandan ərini görməyib. Çünki görüşmək üçün dövlət sərhədini keçmək tələb olunur. Soydaşımız bir aydır pəncərəsiz otaqda saxlanılır. Yalnız telefonla əlaqə saxlamaq mümkündür. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Uzaq Şərq Regional Sərhəd İdarəsinin rəisi Valeri Putov bildirib ki, “əgər İlkin Əliyev Rusiya vətəndaşı deyilsə, bizim nəyimizə lazımdır? Onun bundan sonra necə olacağı bizi hər şeydən az maraqlandırır”. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar