SON XƏBƏRLƏR

M. QORBAÇOV RUSİYANIN TƏNƏZZÜLƏ SÜRÜKLƏNDİYİNİ DEYİB

2021.10.20, 07:36
M. QORBAÇOV RUSİYANIN TƏNƏZZÜLƏ SÜRÜKLƏNDİYİNİ DEYİB

Gunaz.tv
M. QORBAÇOV RUSİYANIN TƏNƏZZÜLƏ SÜRÜKLƏNDİYİNİ DEYİB qorbachev.jpg Keçmiş Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov Rusiyanın tənəzzülə sürükləndiyini deyib. O, iqtisadi böhranın dərinləşməsinin Rusiya üçün böyük təhlükə törədəcəyini bildirib. Mixail Qarbaçovun sözlərinə görə, böhran ölkədə sosial və siyasi etiraz dalğalarının artmasına təkan verəcək. Keçmiş sovet rəhbəri ölkə rəsmilərini siyasi dialoqa çağıraraq Xüsusi Təyinatlı Milis Dəstəsinin son etiraz nümayişlərindəki sərt rəftarını pisləyib. Rusiyanın həssas durumda olduğunu ölkənin daxili işlər naziri müavini Mixail Suxodolski də təsdiqləyib. O, böhranla bağlı Rusiyada etirazların artdığını bildirib. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar