SON XƏBƏRLƏR

Abdullah Gül İlham Əliyevi təbrik edib

2021.10.20, 07:36
Abdullah Gül İlham Əliyevi təbrik edib

Gunaz.tv
Abdullah Gül İlham Əliyevi təbrik edib abdullah_gul1.jpg Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bır sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb Türkiyə prezidenti Abdullah Gül Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. O, Azərbaycan prezidentini ad günü münasibətilə təbrik edib, dost, qardaş Azərbaycan xalqının rifahı naminə fəaliyyətində ona uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçıları ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə, o cümlədən regional çərçivədə əməkdaşlığın daim inkişaf etməsindən razılıq ifadə edərək, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini vurğulayıblar. Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bır sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /ANS PRESS/ ------------------------------------------------------------ Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib erdogan-telefon.jpg Türkiyənin Baş naziri ad günü münasibətilə Azərbaycanın dövlət başçısına təbriklərini çatdırıb Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Türkiyənin Baş naziri ad günü münasibətilə Azərbaycanın dövlət başçısına təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri iki dost və qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayaraq, əmin olduqlarını bildiriblər ki, əlaqələrimiz bundan sonra da daim möhkəmlənəcək və genişlənəcək./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar