SON XƏBƏRLƏR

Mahmud Əhmədinejaddan Milad mesajı

2021.10.20, 07:36
Mahmud Əhmədinejaddan Milad mesajı

Gunaz.tv
Mahmud Əhmədinejaddan Milad mesajı 20081219093403christmas203.jpg Viflehemdə minlərlə xristian Miladı ibadət mərasimlərilə qeyd etməyə başlayıb. Bu gün dünya xristianları Milad bayramını qeyd edir. Qəzza zolağında növbəti zorakılıqdan sonra İsrailin Fələstin silahlılarını hədələdiyi bir vaxtda, minlərlə xristian ziyarətçisi Qərb zolağında ciddi təhlükəsizlik tədbirləri altında Miladı ibadət mərasimlərilə qeyd etməyə başlayıblar. Xristianların inancına görə, bura, yəni Viflehem, İsa peyğəmbərin doğulduğu yerdir. Bura gələn xristianlar arasında Qəzza zolağından olan 200 xristian da var. İsrail onların Viflehemə gəlməsi üçün xüsisi icazə verib. Roma Papası Benedikt Vatikandakı Müqəddəs Pyotr kilsəsində Milad təbriklərini messa ilə başlayıb. Britaniyanın Channel 4 televiziya kanalı bu gün İran Prezidenti Mahmud Əhmədinejadın Milad bayramı mesajını səsləndirəcək. Bu, Kraliça Yelizavetanını ənənəvi Milad çıxışına alternativ olaraq səsləndiriləcək. Telekanal bildirib ki, cənab Əhmədinejaddan mesajı kanal üçün lentə almasını xahiş edib, çünki telekanal beynəlxalq münasibətlərin kritik olduğu bri məqamda alternativ dünyaya baxışı təmin etmək istəyir. Mesajın əldə olunmuş mətnində cənab Əhmədienjad deyir ki, dünyanın bəlaları dindən üz döndərmiş liderlərin ucbatından əmələ gəlir. O, həmçinin qeyd edir ki, İsa Peyğəmbər Yer üzündə olsaydı, müharibələri qızışdıranlara, işğalçılara və araqarışdıranlara qarşı çıxardı.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar