SON XƏBƏRLƏR

Ermənistan mallarını Naxçıvana keçirməyə cəhd edildi

2021.10.20, 07:36
Ermənistan mallarını Naxçıvana keçirməyə cəhd edildi

Gunaz.tv
Ermənistan mallarını Naxçıvana keçirməyə cəhd edildi serhed-kecid-menteqesi.jpg Gömrükçülərin saxladığı mallar arasında Ermənistanı təbliğ edən broşurlar da var Ermənistanın turizmini reklam və təbliğ edən materiallar, bu ölkəyə məxsus digər malların Naxçıvan Muxtar Respublikasına (NMR) keçirilməsinin qarşısı alınıb. NMR Dövlət Gömrük Komitəsindən APA-nın yerli bürosuna verilən məlumatda bildirilib ki, bu materialları ayrı-ayrı şəxslər Naxçıvanın sərhəd-gömrük məntəqələrindən keçirməyə cəhd ediliblər. Aparılan yoxlamalar zamanı Ermənistanın turistik ərazilərinin təbliğinə həsr olunmuş 14 ədəd broşura, habelə Ermənistan istehsalı olan 4 qutu siqaret, Rusiya istehsalı olan, üzərində Ermənistanın idxalının mümkünlüyünü göstərən, erməni dilində əmtəə göstəriciləri olduğu halda Azərbaycana idxalının qanuniliyi qeyd olunan 60 kiloqram «Ovelski» suvenir konfetləri müsadirə edilib. Gömrük əməkdaşları tərəfindən, həmçinin, 408 pornoqrafik CD, 16 video kasset, istifadə edildikdə ətraf mühitə və insan sağlamlığına ziyan vuran 311 pirotexniki qurğu, 220 ədəd İran İslam Respublikası (İİR) mənşəli texniki spirt, normadan artıq radioaktiv şüa buraxan 39 ədəd çıraq toru, toksikoloji göstəricilərinə görə təhlükəli hesab edilən 110 kiloqram polietilen torba, əkin üçün yararlı 16,5 kiloqram çətənə toxumları , 16 ədəd “beşbarmaq” adlanan soyuq silah, 1 ədəd zərbə vurucu alət də aşkar edilərək, götürülüb. Bu gün həmin mallar yandırılaraq məhv edilib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar