SON XƏBƏRLƏR

Talibana qoşulmaq üçün Əfqanıstana getdim . Radikal dini qrupun üzvü Azərbaycanda cihada etmək istədiklərini deyib

2021.10.20, 07:36
Talibana qoşulmaq üçün Əfqanıstana getdim . Radikal dini qrupun üzvü Azərbaycanda cihada etmək istədiklərini deyib

Gunaz.tv
“Talibana qoşulmaq üçün Əfqanıstana getdim” Radikal dini qrupun üzvü Azərbaycanda cihada etmək istədiklərini deyib cekic-elde.jpg Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Bakıdakı “LUKoil” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda və digər cinayətlərdə təqsirləndirilən radikal dini qrup üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim İslam Nemanovun sədrliyi ilə keçirilən prosesdə günün ikinci yarısında təqsirləndirilənlər - “Abdulla” ləqəbli Rövşən Əbdüləliyev və Şirvani Babayev ifadə veriblər. Rövşən Əbdüləliyev ifadəsində istintaq zamanı müstəntiq tərəfindən təhqir edildiyini və aldadıldığını deyib. O, dəstə üzvlərindən ilk dəfə Kamran Babayevi tanıdığını bildirib: “Qədr gecəsində Kamran Babayevlə Kamran Əsədov arasında mübahisə düşdü. Babayev Əsədova dedi ki, onların Azərbaycanda cihad etmək fikirləri yoxdur. Kamran Əsədov isə “məndə silah var, gətirim Azərbaycanda da cihad edək, - deyirdi”. Hərbi xidmətə münasibətə gəlincə, Rövşən Əbdüləliyev münasibətinin yaxşı olduğunu bildirib. O maraqlı bir fakt da açıqlayıb. R.Əbdüləliyev 2007-ci il mayın 13-də Əfqanıstana taliblərə qoşulmaq üçün getdiyini, lakin məqsədinin baş tutmadığını söyləyib, məqsədinin cihad etmək olduğu vurğulayıb. Dəstə başçısı hesab olunan Kamran Əsədov isə hərbi xidmətə getməkdə məqsədinin oradan silah gətirərək “silahlı cihad etmək, kafirlərə qarşı mübarizə aparmaq” olduğunu bildirib. Daha sonra Şirvani Babayev ifadə verib. O da özünü təqsirli bilmədiyini deyib. Ş.Babayev təqsirləndirilən Edqar Babayevi uşaqlıqdan tanıdığını, ona namazı öyrətdiyini, əsasən “Əbu-Bəkr” məscidinə getdiyini bildirib: “Dəstənin cihad etmək planından tam xəbərsiz olmuşam”. Ş.Babayev bu dəstə ilə tanış olmağın onun həbsxanaya düşməsinə gətirib çıxardığını söyləyib. Təqsirləndirilən deyib ki, əgər onların belə bir fikrindən xəbərdar olsaydı, həmin dəstəylə əlaqəsini kəsərdi: “Sadəcə, namaz qıldıqlarına görə onlarla dostluq edirdim”. Məhkəmə prosesi işini sabah davam etdirəcək. Şəhriyar ƏLİZADƏ LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar