SON XƏBƏRLƏR

Əli Babacan:

2021.10.20, 07:36
Əli Babacan:

Gunaz.tv
Əli Babacan: "Türkiyə bölgədəki siyasi məsələlərlə bağlı Azərbaycanla məsləhətləşmələrə böyük əhəmiyyət verir" 2008-12-25_8903.jpg Türkiyə bölgədəki siyasi məsələlərlə bağlı Azərbaycanla məsləhətləşmələrə böyük əhəmiyyət verir". Bu fikri Türkiyə Böyük Millət Məclisindəki çıxışında qardaş ölkənin xarici işlər naziri Əli Babacan səsləndirib. Nazir deyib ki, biz qardaş Azərbaycanla münasibətlərimizin çoxtərəfli və ortaq mənafelərə əsaslanaraq genişləndirilməsinə davam edirik: "Bu gün siyasi və iqtisadi əlaqələrimiz mədəni münasibətlərlə paralel şəkildə möhkəmlənməkdədir. Biz bölgədəki siyasi məsələlərlə bağlı Azərbaycan rəsmiləri ilə məsləhətləşmələrə böyük əhəmiyyət veririk. Digər tərəfdən, Ermənistanla dialoqun davam etməsinə və münasibətlərdə yeni səhifə açılmasına ümid edirik". Əli Babacan daha sonra bildirib ki, Cənubi Qafqaz ölkələrində siyasi və iqtisadi sabitlik, onların bir-birinin ərazi bütövlüyünə hörmət etmələri Türkiyə üçün son dərəcə vacibdir. "Bölgədəki problemlərin sülh yolu ilə nizama salınması, regional əməkdaşlığın genişləndirilməsi Cənubi Qafqaz siyasətimizin təməlini təşkil edir. Avqustda Gürcüstanda baş verən hadisələr 17 ildən bəri dondurulmuş münaqişələrin hər an alovlana biləcəyini göstərdi. Bölgədəki ölkələr arasında etimad mühiti bərqərar olmadan bu problemlər həllini tapmayacaq”. Türkiyəli nazir sonda bildirib ki, rəsmi Ankara bu anlayışla Qafqazda sabitlik və əməkdaşlıq platformasını irəli sürdü və nəhayət ilk dəfə 3 ölkənin xarici işlər nazirlərinin görüşü keçirildi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar