SON XƏBƏRLƏR

Moskva NABUKKO-ya qarşı daha bir gediş etdi

2021.10.20, 07:36
Moskva NABUKKO-ya qarşı daha bir gediş etdi

Gunaz.tv
20081224170516_45326383_tadic_medved203b.jpg Rusiya və Serbiya arasında müqavilə imzalandı Rusiya və Serbiya ziddiyyətli yanacaq müqaviləsi imzalayıblar. Ona əsasən, Moskva Serbiyanın neft paylaşdırıması şəbəkəsi üzərində tam nəzarəti ələ keçirəcək. Əvəzində Rusiya Serbiya ərazisilə qaz kəməri inşa edəcək. Rusiya prezidenti D. Medvedev və onun serbiyalı tərəf müqabili Boris Tadiç sazişi Moskvada keçirilən mərasimdə imzalayıblar. Cənubi Axın adlanan yeni qaz kəməri Qara dənizin dibi ilə qazı Serbiyadakı qovşağa çatdıracaq. Buradan isə mavi yanacaq Cənubi Avropanın gəlirli bazarlarına çıxarılacaq. Vaşinqton və Avropa İttifaqı Mərkəzi Asiya qazını, Rusiyadan yan keçərək Avropaya gətirəcək rəqib, NABUKKO layihəsinin tərəfdarıdırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar