SON XƏBƏRLƏR

SERJ SARKİSYAN ABDULLAH GÜLƏ MƏKTUB YAZDI

2021.10.20, 07:36
SERJ SARKİSYAN ABDULLAH GÜLƏ MƏKTUB YAZDI

Gunaz.tv
SERJ SARKİSYAN ABDULLAH GÜLƏ MƏKTUB YAZDI 5698.jpg Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin dövlət başçısı Abdullah Gülə məktub göndərib. “ANS-press” Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ermənistan prezidenti məktubunda Abdullah Gülə 1988-ci ildə Spitakda baş vermiş zəlzələ zamanı Türkiyənin etdiyi yardımlara görə təşəkkür edib. Məktubda deyilir ki, 20 il öncə faciənin nəticələrinin aradan qaldırılması üçün bütün dünya Ermənistana kömək edib: “Ermənistan vətəndaşları həmin ağır vaxtlarda yanlarında olanların hamısına minnətdardır. Biz Türkiyə dövlətinə və xalqına zəlzələdən sonrakı dəstəyinə görə təşəkkür edirik. Əminik ki, bu, heç vaxt unudulmayacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar