SON XƏBƏRLƏR

Abdullah Gülün erməni kökənli olmasını öz dayısı söyləyib

2021.10.20, 07:36
Abdullah Gülün erməni kökənli olmasını öz dayısı söyləyib

Gunaz.tv
«Abdullah Gülün erməni kökənli olmasını öz dayısı söyləyib» fcd4qi1v.gif CHP-li deputat Canan Arıtman: «Prezidentin dayısı mənim məsləkdaşımdır» Türkiyə prezidenti Abdullah Gülün CHP millət vəkili Canan Arıtmanın onun ana kökəninin erməni olması barədə iddisına rəsmi cavab verməsinə baxmayaraq, müxalifətçi deputat fikirindən dönmədiyini deyib. Xatırladaq ki, «ermənilərdən üzr istəyirəm» kampaniyasına etiraz edən CHP-li millət vəkili bui şin başında prezident Gülün durduğunu deyərək, əlavə edib ki, onun anası erməni əsillidir. Buna cavab olaraq, isə Abdullah Gülün vəkili xanım deputatı məhkəməyə verib. Dünən Türkiyənin «Radikal» qəzetinə müsahibə verən Canan Aritman isə fikirlərindən dönməyəcəyini bildirib. - Prezidentin ailəsinin etnik kökəninin sizcə nə kimi önəmi var? - Etnik aidiyyatın heç bir önəmi yoxdur. - O zaman nədən gündəmə gətirdiniz? - Mən bu bilgiyə uzun zamandır ki, malik idim. Amma bu baxmayaraq, gündəmə gətirmirdim. Hətta «dindar prezidentliyə namizəd» kampantiyasında belə dilə gətirmədim. Amma indi gətirdim. - Sahib olduğunuz bilgi nədir? -Sayın Gülün nənəsinin erməni olduğu…. - Bunu haradan bilirsiniz? - Bunu mənə onların ailə üzvlərindən biri söyləyib. Gülün dayısı doktor Əhməd Satoğlu mənim məsləkdaşımdır. O məsləkdaşların yığışdığı məclisdə bunu söyləmişdi. Sayın Gül prezident olaraq, bu millətin haqlarını qorumalıdır. Bu imza kampaniyasına qarşı çıxmayaraq, Türkiyənin gələcəyini satan kim olsa, «Sən ermənsənmi?» deyərlər. Elmar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar