SON XƏBƏRLƏR

Türkiyədə Bakı-Tiflis-Ceyhan Universiteti açılacaq

2021.10.20, 07:36
Türkiyədə Bakı-Tiflis-Ceyhan Universiteti açılacaq

Gunaz.tv
Türkiyədə Bakı-Tiflis-Ceyhan Universiteti açılacaq turkiye.jpg Türkiyənin Ceyhan qəsəbəsində (Adana şəhəri yaxınlığında) Bakı-Tiflis-Ceyhan (BTC) Universiteti yaradılacaq. Ceyhanın baş məmuru Gürbüz Karakuş bildirib ki, universitet Türkiyə ilə yanaşı Azərbaycan və Gürcüstan üçün də neft mühəndisləri, neft-kimya mütəxəssisləri hazırlayacaq. Təhsil müəssisəsinin Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən maliyyələşdirilməsi gözlənilir. Universitetin məzunları bütün dünyada iş imkanına sahib olacaqlar. Universitetdə neft və neft-kimya ilə yanaşı gəmiçilik və s. ixtisaslar üzrə də tədris aparılacaq. Gələcəkdə universitetin nəzdində Terrorla Mübarizə İnstitutu, Terrorla Mübarizə Mütəxəssisləri Məktəbinin yaradılması planları da var. Qeyd edək ki, BTC əsas ixrac neft boru kəməri 2006-cı ilin may ayında istismara verilib və Azərbaycan yüngül neftinin ixracı üçün əsas istiqamət sayılır. Uzunluğu 1 768 km təşkil edən kəmər üç ölkənin ərazisindən keçir - Azərbaycan (443 km), Gürcüstan (249 km), Türkiyə (1076 km) və gündə 1 mln. barel nəqletmə gücünə malikdir. BTC layihəsində ARDNŞ (25%), BP (30,1%), “Unocal” (8,9%), “Statoil” (8,71%), TPAO (6,53%), ENI (5%), “Total” (5%), “Itochu” (3,4%), “Inpex” (2,5%), “Conoco Philips” (2,5%) və “Amerada Hess” (2,36%) şirkətləri iştirak edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar