SON XƏBƏRLƏR

Ermənilərdən üzr istəmə kampaniyasını başladanlar kimlərdir . Zaur Bayramlı

2021.10.20, 07:36
Ermənilərdən üzr istəmə kampaniyasını başladanlar kimlərdir . Zaur Bayramlı

Gunaz.tv
Ermənilərdən üzr istəmə kampaniyasını başladanlar kimlərdir image.php?img=20&yaz=2 Zaur Bayramlı Milli Qurtuluş Partiyası başqanının beynəlxalq əlaqələr üzrə müavini, Ankara şəhəri Məlum olduğu kimi bu yaxınlarda Türkiyədə bəzi “aydınlar” “Türklər 1915-ci ildə ermənilərə qarşı soygırım törətdilər” adı ilə “ermənilərdən üzr istənsin” adlı kampaniya başladılar. Bu aydınlığın nə demək olduğunu bilməyən “aydınların” düşüncələrinə görə 1915-ci ildə Osmanlı imperiyası öz ərazisində yaşayan erməni vətəndaşlarına qarşı kütləvi soyqırım uyğulayıb, bunun sonucu olaraq 1 milyondan artıq erməni öldürülüb və buna görə də həmin “türk aydınları”nın vicdanları rahat deyilmiş?! Onlar “erməni qardaşlarımın (!) acısını paylaşaraq onlardan üzr istəyirəm” adlı internetdə kampaniya başlatmaq qərarı alıb. Cümlədəki “erməni qardaşlarım” sözlərini bilərəkdən fərqli verdim. çünki 2009-cu ilin əvvəlindən etibarən başladılacaq olan bu kampaniyanın başında duranlara baxdığımızda onların sözün əsl mənasında erməni qardaşları və Türk düşmənləri olduqları üzə çıxır. Müəyyən elmi titula sahib olan bu şəxslər demək olar ki, bütün şüurlu həyatlarını Türk millətinə, Türk dövlətinə və dövlətçiliyinə, Atatürk və Atatürkçülüyə qarşı xaincə fəaliyyətə həsr etmiş, Türkiyə Cumhuriyyətində yaşayan etnik qrupları türklərə qarşı qızışdırmağı öz həyat amallarına çevirmişlər. Bu kampaniyanın başında duran şəxslərdən biri olan Baskın Oran Türk düşmənlərinin havadarı, hətta ideoloji fikir atalığını edən bir kommunistdir. Bu şəxsin şəxsi internet saytının başında Türk Bayrağının deyil, Atatürkün deyil, onun özü kimi həyatını Türk millətinə qarşı xaincə fəaliyyətə həsr etmış olan və bunun üçün də öldürülən erməni jurnalist Hrant Dinkin şəklinin olması məncə hər şeyi tam açıqlığı ilə ortaya qoyur. Baskın Oran bu gün də Hrant Dinkin bir vaxtlar baş redaktoru olduğu “Agos” qəzeti və Türkiyə dövlətinə qarşı mövqe tutan “Birgün” qəzetləri üçün köşə yazıları yazır. Digər şəxs- “ Yeni Şafak” qəzetinin köşə yazarı Ali Bayramoğlu da məsləkdaşı Baskın Oran kimi türkçülüyə, Atatürkə və dövlətə qarşı, həmçinin erməniləri və digər etnikləri müdafiə edən yazıları ilə tanınan dinçi bir şəxsdir. Eyni şeyləri bu kampaniyanı gündəmə gətirən digər 2 şəxs: Cengiz Aktar və Ahmət İnsal üçün də deyə bilərik. Bu adını sadaladığım şəxslər Hrant Dink kimi bir xainin cənazə törənində “Hamımız erməniyik” deyə bağıraraq bir yerlərini yırtanlardandırlar şəxsləri və bunların Türk milləti ilə, türklüklə hər hansı bir əlaqələri yoxdur. Bu birləşdirən məqamlardan biri də bunların Avropada təhsil almış olmalarıdır ki, bu fakt da Avropanın Türkiyəyə qarşı düşmən mövqeyində olduğunun daha bir nümunəsidir. Türkiyə ictimaiyyətində və xalqda isə bu kampaniyaya qarşı çox sərt təpki vardır. Milliyyətçi Hərəkat Partiyası və bu kimi millətçi qurumlar özlərini aydın adlandıran bu qurupun son addımını sərt şəkildə pisləyən bəyənatlar yaydılar. Əslində bu məsələni süni şəkildə gündəmə gətirilməsinə çalışılmasının arxasında bəzi qərb dövlətlərinin və Ermənistanın maraqlarının gizləndiyi sirr deyil. Belə ki, bu saxta “aydınlar”ın başlatmaq istədikləri “üzr istəmək kampaniyası” əslində ermənilərin böyük planlarının ilk addımıdır. Belə ki, ermənilər illərdir saxta soyqırım iddiasını ortaya ataraq Türkiyənin bu məsələ ilə bağlı ilk öncə ermənilərdən üzr istəməyini tələb edirlər, üzrün arxasından isə maddi təzminat, onun arxasından isə ermenilərin Türkiyəyə qarşı ərazi iddiaları gəlir. Ancaq ermənilərin və onların Türkiyədəki qanıpozuq tərəfdarlarının bu xəyalları elə xəyal olaraq da qalacaqdır. çünkü artıq hamı Türk kimliyinin arxasında gizlənən, işlərinə gələndə “Türk”, gəlməyəndə isə “erməni” olan baskınoranları tanıyır və ona görə də bu cür insanların ermənilərdən üzr istəməyinin Türklərin ermənilərdən üzr istəməsi kimi deyil, ermənilərin ermənilərdən üzr istəməsi kimi qəbul etmək lazımdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar