SON XƏBƏRLƏR

5 XOYLU MİLLİ FƏAL MƏHKUM OLUNUB

2021.10.20, 07:36
5 XOYLU MİLLİ FƏAL MƏHKUM OLUNUB

Gunaz.tv
5 XOYLU FƏAL MƏHKUM OLUNUB Xoy İnqilab Məhkəməsi 5 milli fəalı 1 il müddətinə şərti həbs cəzasına məhkum edib «Media forum» saytının məlumatına görə, şərti həbs cəzası alanlar «Evrin» qeyri-hökumət təşkilatı mərkəzi şurasının üzvü Salman İraqi, Urmiya Universitetinin tələbəsi Salar İraqi, Qəzvin Azad Universitetinin tələbəsi Pəyam Elm Qolilu və Urmiya Mexanika Texnikumunun tələbələri Höccət İraqi və Əli Əkbər Abdullahidir. 5 fəalın milli zəmindəki fəaliyyətlərinə görə bu ilin may ayında da tutulub Xoy zindanında 7 gün saxlandıqdan sonra zaminə buraxıldıqları vurğulanır. Fəalların rejimə qarşı təbliğatda, pantürkizmi yaymaqda və 2006-cı il etiraz aksiyalarının 2-ci ildönümündə vətəndaşları toplantılara çağıran yazılı vərəqələr yaymaqda günahlandırıldığı bildirilir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar