SON XƏBƏRLƏR

AYƏTULLAH MÜNTƏZİRİ: «ABŞ-la MÜNASİBƏT QURUB-QURMAMAĞI MÜƏYYƏNLƏŞDİRMƏK DİNİ RƏHBƏRİN SƏLAHİYYƏTİNƏ AİD DEYİL»

2021.10.20, 07:36
AYƏTULLAH MÜNTƏZİRİ: «ABŞ-la MÜNASİBƏT QURUB-QURMAMAĞI MÜƏYYƏNLƏŞDİRMƏK DİNİ RƏHBƏRİN SƏLAHİYYƏTİNƏ AİD DEYİL»

Gunaz.tv
AYƏTULLAH MÜNTƏZİRİ: «ABŞ-la MÜNASİBƏT QURUB-QURMAMAĞI MÜƏYYƏNLƏŞDİRMƏK DİNİ RƏHBƏRİN SƏLAHİYYƏTİNƏ AİD DEYİL» ayetullahmunteziri.jpg İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin canişini olmuş ayətullah Hüseynəli Müntəziri hazırda İran Azadlıq Hərəkatına rəhbərlik edən keçmiş xarici işlər naziri İbrahim Yəzdi ilə görüşündə deyib ki, ABŞ-la diplomatik əlaqələrin qurulub-qurulmamasını müəyyənləşdirmək dini rəhbər ayətullah Əli Xamneyinin səlahiyyətinə aid məsələ deyil. Hüseynəli Müntəziri «Media forum» saytının məlumatına görə, ayətullah Müntəziri vilayəti-fəqihin (İran dini rəhbərinin titulu) yalnız vətəndaşların fiqhi məsələlərinə nəzarət etmək hüququna malik olduğunu vurğulayıb: «Bu onun sahəsidir. ABŞ-la və ya digər ölkə ilə diplomatik əlaqə qurub-qurmamağa isə yalnız siyasi ekspertlər rəy verməlidir. Bu da onların sahəsidir». Ayətullah Müntəziri bildirib ki, dini rəhbərə sonsuz səlahiyyət verən vilayəti-fəqih vəzifəsi Allaha şərik çıxmaq deməkdir: «Hətta islam peyğəmbərinin özü də bu qədər səlahiyyətə malik olmayıb». Müntəziri Mahmud Əhmədinejad hökumətinin dissident və müxalif ziyalılara qarşı siyasətini də tənqid edib: «Gecə-gündüz Həzrət Əlinin ədalətindən dəm vuran bu hökumət, görəsən, hansı dini və əxlaqi prinsiplərə əsaslanaraq vətəndaşların azad söz deməsinə və sərbəst şəkildə öz fikirlərini yazıb yaymasına mane olur?» H.Müntəziri Xomeyninin ilk canişini olub. Sonradan o, ölkədə həyata keçirilən edamlarla bağlı Xomeyniyə açıq tənqidi məktub yazıb. Xomeyni vəfat edəndən dərhal sonra Müntəziri canişinlikdən uzaqlaşdırılıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar